Mühasibat uçotu A.H.Əliyeva
186
Bu standartlar “Mühasibat uçotu haqqında” qanunda
əks olunmuş mühasibat
uçotunun əsas prinsiplərini
açıqlayır.
III səviyyə - müvafiq icra orqanlarının hazırladığı
metodiki göstərişlər, təlimatlar və bu kimi sənədlər;
IV səviyyə - qeyd olunan sənədlərə əsaslanan
əmlakın, hesablaşmaların,
öhdəliklərin daxili uçot
qaydalarını müəyyən edən müəssisədaxili işçi sənədləri.
Bu səviyyədən olan sənədlərin içində müəssisənin uçot
siyasəti xüsusi əhəmiyyətə malikdir.
Ümumiyyətlə, mühasibat uçotu sistemlərinin hüquqi
tənzimlənməsi aşağıdakılarla təmin olunur:
Beynəlxalq
prinsiplərə
uyğunluq
və
həmçinin iqtisadiyyatın inkişaf xüsusiyyətləri nəzərə
alınmaqla hazırlanmış milli standartların mövcudluğu;
Mühasibat uçotu və hesabatı haqqında
qanun;
Mühasibat uçotunun milli hesablar planı;
Mühasibat (maliyyə) hesabatları sistemi;
Təsərrüfat subyektinin uçot siyasəti.
Məlum
olduğu kimi, bu məqsədlə 2 sentyabr 2004-
cü il tarixdə "Mühasibat uçotu haqqında" Azərbaycan
Respublikasının Qanunu, 7 fevral 2005-ci
il tarixdə isə
"Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respub-
likası Prezidentinin Fərmanı qüvvəyə minmişdir.