Mühasibat uçotu A.H.Əliyeva
221
İlkin sənədlər
təsərrüfat əməliyyatlarını və onların
aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq
edən yazılı şəhadətnamədir.
İlkin dəyər
alınması , quraşdırılması və başqa ana-
loji xərcləri də daxil etməklə əmlakın, obyektin
əldə edil-
məsinə çəkilən faktiki məsrəflərdir.
Bərpa dəyəri:
mövcud vaxtda istifadəsi zəruri olan
dövriyyədənkənar
aktivlərin
mümkün
məsrəflərinin
qiymətləndirilməsidir.
Maliyyə (mühasibat) hesabatı
müəssisənin, idarənin,
təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının,
maliyyə
vəziyyətinin, təsərrüfat fəaliyyətinin nəticələrinin
və s. istifadəçilər (səhmdarlar,
kreditorlar, sahibkarlar,
dövlət orqanları və s.) üçün
təyin edilmiş formalarda öz
əksini tapa bilən mühasibat uçotunun faktiki və düzgün
təsdiq olunmuş göstəricilərinin yekunlarının məcmuudur.
Dostları ilə paylaş: