Mühasibat uçotu A.H.Əliyeva
224
Hazır məhsullar
- mövcud olan standart və texniki
şərtlərə, keyfiyyət göstəricilərinə uyğun olaraq tam şəkildə
bütün istehsal əməliyyatlarından keçmiş məhsullardır.
Kommersiya xərcləri
hazır məhsulun satıcının
anbarlarında taralaşdırılması və qablaşdırılmasına sərf
olunan xərclər,məhsulun daşınması ilə əlaqədar olan
nəqliyyat xərcləri, müəssisənin
marketinq xidməti ilə
əlaqədar xərclər,reklama xərcləri və s.
Əmək haqqı
- zəhmətkeşlərin maddi və mənəvi
tələbatının ödənilməsinin əsas mənbəyi olub özündə pul
və natural formada hesablanmış
bütün növdən olan
qazancları əks edirir.
Əsas əmək haqqı
- dedikdə işlənmiş vaxta, yerinə
yetirilmiş işin miqdarına və həcminə görə hesablanmış
əmək haqqı
və onlara edilmiş əlavələr, mükafatlar və s.
ödəmələr nəzərdə tutulur.
Dostları ilə paylaş: