Mühasibat uçotu A.H.Əliyeva
228
Pul vəsaitlərinin ekvivalentləri
-
qısa ödəniş müd-
dətinə, yəni əldə olunduğu tarixdən 3
ay və ya daha az
ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən
məlum olan məbləğinə asan çevrilə bilən və bu aktivlər
üzrə dəyərin dəyişməsi riskinə
cüzi məruz qalan yüksək
likvidli qoyuluşlardır.
Pul vəsaitlərinin hərəkəti
pul vəsaitlərinin və onların
ekvivalentlərinin daxilolması və (və ya) xaricolmasıdır.
Əməliyyat fəaliyyəti
müəssisənin
əsas gəlir gətirən,
habelə, investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə
fəaliyyətdən başqa digər fəaliyyətidir.
Şübhəli borclar
müəssisənin müqavilə ilə müəyyən
edilmiş müddətdə ödənilməyən və müvafiq təminatı
olmayan debitor borcları hesab olunur.
Avans hesabatı
təhtəl
şəxs tərəfindən tərtib və
təqdim edilmiş nümunəvi sənəd formasıdır.
Avizo
qarşılıqlı hesablaşmanın yaxud başqa formada
olan hesablaşmanın vəziyyətinin dəyişməsi haqda bir
təşkilatın üçüncü şəxsə rəsmi bildirişidir.
Avizo poçt
yaxud teleqraflı formada olur.
Dostları ilə paylaş: