Mühasibat uçotu A.H.Əliyeva
230
hərəkətini əks etdirən və onun təşkilata verilməsinni təsdiq
edən sənəddir.
Dövlət büdcəsi
- dövlətin müəyyən dövr üçün gəlir və
xərclərinin tərkibidir.
İkili yazılış
-
hər bir təsərrüfat əməliyyatının
mühasibat uçotunun hesablarında iki dəfə: eyni məbləğdə
bir hesabın debetində, ikinci qarşılıqlı əlaqəli hesabın
kreditində yazılması.
Debet
- mühasibat uçotu hesabının bir hissəsi (sol
hissəsi) olub, aktiv hesablar üçün artmanı, passiv hesablar
üçün isə azalmanı göstərir.
Debitorlar
-
təşkilata borcu olan fiziki və hüquqi
şəxslər.
Debitor borcları
- buraxılmış mallara və xidmətlərə,
məhsullara verilmiş avanslara, təhtəl məbləğlərə və s. görə
təşkilata olan borc məbləğidir.
Deponent
-
təşkilatda müvəqqəti saxlanılan pul
vəsaitləri və vaxtı çatdıqca sahibinə qaytarılan fiziki
yaxud hüquqi şəxslər.
Əlavə kapital
- dövriyyədən kənar aktivlərdə dəyərin
artması (yenidən qiymətləndirmə, nominal dəyərdən artıq
olan qiymətə satılan sıhm hesabına əldə edilən emisiya
gəliri) hesabına yaradılan kapital.
Vəkalətnamə
-
təşkilatın
yaxud digər şəxsin
nümayəndəsinin hər hansı bağlaşmanı (sazişi) həyata
keçirməyə hüquq verən sənəd.
Dostları ilə paylaş: