Mühasibat uçotu A.H.Əliyeva
231
Əlavə yazılış
- hər hansı bir məbləğin uçot registrində
tələb olunduğundan az yazılması hallarında
tətbiq edilən
üsuldur.
Təşkilatın gəliri
-
aktivlərin (pul vəsaitinin və digər
aktivlərin) daxil olması və iştirakçıların (sahibkarların)
qoyuluşları istisna edilməklə kapitalın artırılmasına səbəb
olan öhdəliklərin ödənilməsi nəticəsində təşkilatın iqtisadi
qazancının artımı.
Balansarxası mühasibat hesabları
- qalığı balansa
daxil edilməyən və onun valyutasından kənarda, yəni
balansdan kənar göstərilən hesablar.
Əmlakın
formalaşmasının
borc
mənbəələri
-
müəyyən müddət ərzində təşkilata məxsus olmayan, təyin
olunmuş müddət başa çatdıqdan sonra faizli yaxud faizsiz
öz sahibinə qaytarılan əmlaklar.
Əsas vəsaitlərin köhnəlməsi
- əsas vəsaitlərin öz
istehlak görünüşünü və dəyərini itirməsi.
İnventar
- təsərrüfat və istehsal təyinatlı əşyaların
məcmuu.
Kalkulyasiya
- məhsul (iş, xidmət) istehsalı ilə bağlı
məsrəflərə təsdiq edilən qaydada ardıcıllıqla
daxil edilən
ayrı-ayrı məhsul növlərinin maya dəyərinin müəyyən
edilmə üsuludur.
Kapital
-
təşkilatın maliyyə-təsərrüfat
fəaliyyətinin
həyata keçirilməsi üçün zəruri olan xüsusi və cəlb edilmiş
kapitalın məcmuu.
Cəlb edilmiş kapital
kreditlər,
borclar və kreditor
borcları, yəni fiziki və hüquqi şəxslər qarşısında
götürülmüş öhdəliklərdir.