Mühasibat uçotu A.H.Əliyeva 234 Əsas vəsaitlərin cari (bərpa) dəyəri - hər hansı
obyektin dəyişdirilməsi zəruri olan hallarda mövcud hal
hazırki, dövrdə ödənilə bilən pul vəsaiti məbləği. Bu dəyər
əsas vəsait obyektlərinin yenidən qiymətləndirilməsi
zamanı istifadə olunur.
Əsas vəsaitlərin cari bazar dəyəri (satış dəyəri) -
obyektlərin satışı nəticəsində alına bilən yaxud onun ləğv
edilmə vaxtı çatan zaman formalaşan pul vəsaiti məbləği.
Nizamnamə kapitalı təşkilatın yaradılması zamanı
təsisçinin onun fəaliyyəti üçün qoyduğu payın pul
ifadəsilə məcmuudur.
Təşkilatın uçot siyasəti - mühasibat uçotunun
aparılması üsulunun (ilkin müşahidə, dəyər ölçüsü, cari
qruplaşma
və
təsərrüfat
fəaliyyəti
hallarının
ümumiləşdirilmiş yekunu) məcmuudur.
Uçot registri - uçot yazıllışları üçün nəzərdə tutulan
kartlar, cədvəllər, mühasibat kitablarıdır.
Təsisedici sənəd - nizamnamə və təsis müqaviləsi.
Hüquqi şəxslərin təsis müqaviləsi təsisçilər arasında
bağlanılır, nizamnamə isə onlar (təsisçilər) tərəfindən
təsdiq edilir.
Çek - bankdakı hesabdan nəğd pulun verilməsi və
nağdısız hesablaşma zamanı buraxılmış əmtəə, xidmətlər
üçün yazılan xüsusi sənəddir.
Xalis mənfəət (xalis zərər) - adi fəaliyyət növündən
alınan maliyyə nəticəsi eləcədə sair gəlir və xərclərin
məcmusudur.
Uçot qaydaları — bu Qanuna əsasən maliyyə
hesabatlarını Milli Mühasibat Uçotu Standartlarına
müvafiq hazırlamalı olan mühasibat uçotu subyektləri