Mühasibat uçotu A.H.Əliyeva
26
və balansın aktivində yerləşir. Kontrpassiv nizamlayıcı
hesaba misal olaraq “Mənfəətin istifadəsi” hesabını gös-
tərmək olar.
“Mənfəətin istifadəsi” hesabında avans olaraq mən-
fəətdən
verginin büdcəyə ödənilməsi, mənfəətdən xüsusi
təyinatlı fondlara avans aylrmaları uçota alınır. Bu hesab
üzrə əks etdirilən məbləğlər mənfəətin həqiqətən dövriy-
yədən götürülən (yayındırılan) hissəsini göstərir. Beləlik-
lə, “Mənfəətin istifadəsi” hesabı
aktiv hesab olmaqla ba-
lansın passivində əks etdirilmiş mənfəətin məbləğini ni-
zamlayır.
Təsərrüfat proseslərini əks etdirmək və onun həyata
keçirilməsinə nəzarət etmək üçün nəzərdə tutulmuş
hesablara əməliyyat hesabları deyilir. Təsərrüfat prosesləri
müxtəlif ayrı-ayrı əməliyyatlardan əmələ gəlir.
Ona görə
də həmin əməliyyatları özündə əks etdirən hesablar əmə-
liyyat hesabı adını daşıyır. Əməliyyat hesabları öz növ-
bəsində bir neçə qrupa bölünür. Onlar aşağıdakılardan iba-
rətdir:
Bölüşdürücü hesablar
Kalkulyasiyaedici hesablar
Müqayisəedici hesablar.
Bölüşdürücü hesablar öz növbəsində iki qrupa:
Toplayıb-bölüşdürücü, büdcə bölüşdürücü hesablara
bölünür. Toplayıb-bölüşdürücü hesablar hər hansı təsərrü-
fat prosesinin həyata keçirilməsi ilə əlaqədar olan və gələ-
cəkdə bir neçə obyekt arasında
bölüşdürüləsi xərclərin
uçotunu aparmaq üçün istifadə edilir. Toplayıb bölüş-
dürücü hesablara misal olaraq “Ümumistehsalat xərcləri”,
“Ümumtəsərrüfat xərcləri” hesabını göstərmək olar.