Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə27/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   152
2016-2447

 
41 
 
də isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn vəsa-
itin azalma dövriyyəsi göstərilir. 
Mühasibat uçotunda passiv hesabların quruluşunu 
aşağıdakı formada göstərmək olar (Sxem 4.3.). 
Debet 
Hesabın
adı
Kredit
Azalan təsərrüfat
əməliyyatları:
1. 
2. 
və sair (-) 
İlk qalıq: Q
1
 
Artan təsərrüfat
əməliyyatları:
1. 
2. 
və sair (+) 
Debet 
dövriyyəsinin cəmi: 
Kredit 
dövriyyəsinin cəmi: 
 
Son qalıq: Q
2
 
Sxem 4.3. Passiv hesabların quruluşu 
Mühasibat uçotunda passiv hesablarda son qalığı 
müəyyən etmək üçün passiv hesabın ilk kredit qalığı 
məbləğinin üzərinə hesabın kredit dövriyyəsini əlavə et-
məklə alınan məbləğdən debet dövriyyəsinin məbləğini 
çıxmaq lazımdır. Passiv hesablarda hesabat dövrünün so-
nuna hesabın yalnız kredit qalığı olur. 
Aktiv-passiv hesabların
 
təyinatında aktiv və passiv 
hesabların göstəriciləri olur. Aktiv və passiv hesablarda 
debet və kreditin təyinatı da müxtəlif olmaqla aparılan 
əməliyyat yazılışları bir-birindən fərqlənir. Bu halda he-
sabda debet və kredit qalığı və ya eyni zamanda debet və 
həm də kredit qalığı ola bilər. Bu hesablara «Maddi sər-
vətlərin yenidən qiymətləndirilməsi», «Təhtəlhesab şəxs-
lərlə hesablaşmalar», «Müxtəlif debitor və kreditorlarla 


Mühasibat uçotu A.H.Əliyeva 
 
42 
 
hesablaşmalar», «Mənfəət və zərər» hesabları və s. aiddir. 
Bu hesablar aktiv hesab kimi çıxış etdikdə hesabın debeti, 
debitor borcunun artmasını, krediti həmin borcun 
azalmasını göstərir. Passiv hesab kimi çıxış etdikdə isə 
hesabın krediti borcun artmasını, debeti isə həmin borcun 
azalmasını əks etdirir. Balans tərtib edilən zaman debet 
qalığı balansın aktivində, kredit qalığı isə passivində yazı-
lır. Məsələn, «Müxtəlif debitor və kreditorlarla hesablaş-
malar» hesabında əməliyyatın aparılması nəticəsində 
debet qalığı yarandıqda debitor borcunu göstərir və müəs-
sisə balansının aktivində əks olunur. 
Aktiv-passiv hesablarda sadə qaydada qalığı təyin et-
mək mümkün deyildir. Ona görə də həmin hesablar üzrə 
analitik uçotun aparılması lazımdır. Analitik uçot hər bir 
debitor və kreditor üzrə hesablaşmanın vəziyyətinə dair 
(yəni alıcılar və mal satanlar haqqında) ətraflı informasiya 
verir və həmin göstəricilər üzrə, yəni bütün alıcı və satıcı 
təşkilatlar üzrə debitor və kreditorların məbləğlərini əks 
etdirir. 
Aktiv-passiv hesablarda hər bir hesab üzrə son debi-
tor borcunun vəziyyətini müəyyənləşdirmək üçün ilk qalı-
ğın (debitor borcunun ) üzərinə ay ərzində debitor borcu-
nun artmasını toplayıb həmin ay ərzində debitor borcunun 
azalmasını çıxmaq lazımdır. 
Aktiv-passiv hesablarda hər bir hesab üzrə son kredi-
tor borcunun vəziyyətini müəyyənləşdirmək üçün ilk qalı-
ğın (kreditor borcunun ) üzərinə ay ərzində kreditor borcu-
nun artmasını əlavə edib həmin ay ərzində kreditor borcu-
nun azalmasını çıxmaq lazımdır.



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin