Mühasibat uçotu A.H.Əliyeva
44
FƏSİL V.
SİNTETİK VƏ ANALİTİK UÇOT
5.1. Sintetik və analitik uçot hesabları, subhesablar
Mühasibat hesablarında
əks olunmuş infor-
masiyalar hər bir firmanın idarəetmə aparatını
müəyyən
qərarların qəbul olunmasında təmin etməklə yanaşı, kənar
istifadəçilərin tələblərini də ödəməlidir.
Mühasibat uçotu-
nun metodoloji prinsiplərinin tənzimlənməsi «Mühasibat
uçotu haqqında» Azərbaycan Respublikasının 24 mart
1995-ci il Qanunu ilə Azərbaycan Respublikası
Maliyyə
Nazirliyinə həvalə olunmuşdur.
Respublikada mühasibat
uçotu sahəsində
bütün yeni normativ sənədlərin, onların
forma və rekvizitlərinin yaradılması və ya sənələşdirmə
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ol-
madan həyata keçirilə bilməz.
Dostları ilə paylaş: