Mühasibat uçotu A.H.Əliyeva 58 üçün məsul şəxslərin vəzifələri, soyadı, adı,
atasının adı, şəxsi imzaları və başqa əlamətləri.
Əməliyyatların xarakterindən və uçot məlumatlarının
işlənməsi texnologiyasından asılı olaraq ilkin sənədlərə
əlavə rekvizitlər daxil edilə bilər. İlkin sənədlər, uçot re-
gistləri, mühasibat hesabatları mütləq müəyyən edilmiş
qaydada və müddətə müvafiq olaraq saxlanmalıdır.
Sənədlərlə işləyən dövrdə onların qorunub saxlanmasının
təmin edilməsinə və vaxtında arxivə verilməsinə baş
mühasib məsuliyyət daşıyır. Uçot sənədlərinə nəzarət
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tərəfindən
həyata keçirilir.
6.2.Sənədlərin təsnifatı və təyinatı Uçot işlərində sənədləşdirmənin sadələşdirilməsinin
əsas yollarından biri sənədlərin qruplaşdırılaraq sadə və
səmərəli tərtibidir.
Sənədlərin təsnifatı – onların müəyyən əlamətlərinə
görə qruplaşdırılması deməkdir. Bu zaman sənədlərin
məzmunu və təyinatı, onların quruluşu və rəsmiyyətə sa-
lınma prinsipi aydınlaşdırılmalıdır.
Sənədlər aşağıdakı əlamətlərinə görə təsnifləşdirilir.
Təyinatına görə
Tərtib olunmasına görə
Əməliyyatların əks etdirmə üsuluna görə
Tərtib edilmə yerinə görə
Doldurulma qaydasına görə
Təsərrüfat əməliyyatlarının məzmununa (xarakte-
rizinə) görə
Mühasibat uçotu A.H.Əliyeva 59 Mühasibat uçоtu sənədlərinin təsnifatını sхеm şəklin-
də aşağıdakı kimi göstərmək olar (sхеm 6.1).
Sхем 6.1. Mühasibat uçоtu sənədlərinin təsnifatı