Mühasibat uçotu A.H.Əliyeva
75
6.5. Mühasibat uçotu registrlərinin tərtibi
İlkin uçot sənədlərində qəbul edilmiş informasiyala-
rın mühasibat hesablarında əks etdirilməsi üçün onların
hökmən mühasibat registrlərində cəmləşdirilməsi və sis-
temləşdirilməsi zəruridir.
Mühasibat uçotu registrləri
-
təsərrüfat əməliyyatla-
rının ilkin uçot sənədlərinə əsasən sistemləşdirilməsidir.
Registrlər xüsusi qrafalara bölünmüş kitablarda (jur-
nallarda), ayrı-ayrı vərəqələrdə, kartlarda, hesablama tex-
nikasından istifadə edilən zaman maşinoqramlarda, disket-
lərdə, maqnit lentlərində və bu kimi başqa maşına məlu-
mat daşıyıcılarında aparılır. Təsərrüfat əməliyyatları za-
manı ilkin uçot sənədləri başdan-başa, fasiləsiz, xronoloji,
sistemli və digər qaydalarda qeydiyyatdan keçirilir. İlkin
sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Ma-
liyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud nazirlik və
baş idarələr tərəfindən ümumi prinsiplərə riayət edilməklə
işlənib hazırlanmış uçot registrlərində yığılır.
Mühasibat uçotunun registrlərində yazılışlar ilkin
sənədlər alınan günün növbəti günündən gec olmayaraq
ilkin sənədlərə əsasən mürəkkəblə, diyircəkli qələmlə və
ya avtomatlaşdırılmış üsulla aparılır. Mühasibat uçotunun
registrləri həmçinin komyuterlə və ya müasir hesablama
texnikası vasitəsi ilə tərtib edilir. Elektron məlumat daşıyı-
cıları vasitəsi ilə mühasibat uçotu registrlərini tərtib edən
dövlət büdcəsindən maliyyələşən təşkilatlar, onların lazımi
qaydada istifadəsi üçün mühasibatlığı müasir uçot texni-
kası və texniki vasitələrlə təmin etməlidir. Registrlərin for-
|