Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə44/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
76 
 
malaşdırılması qaydası mühasibat uçotunun standartları ilə 
nizamlaşdırılır.
Təsərrüfat subyekti aşağıdakı mühasibat uçotu re-
gistrləri formalarından istifadə edir: 

aktivlərin hərəkəti üzrə cədvəl (əlavə 1); 

öhdəliklərin hərəkəti üzrə cədvəl (əlavə 2); 

sadələşdirilmiş uçotun aparılması kitabı (əlavə 3). 
Mühasibat uçotu registrlərinin düzgün tərtib edilməsi 
və onlarda əks etdirilmiş məlumatların saxlanması baş 
mühasib və ya təsərrüfat subyektinin rəhbəri tərəfindən 
müəyyən edilmiş şəxs tərəfindən həyata keçirilir. 
“Aktivlərin hərəkəti cədvəli”
– ilkin uçot sənədləri-
nə əsasən təsərrüfat subyektinin aktivlərinin hərəkətinin 
sistemləşdirilməsi üçün nəzərdə tutulmuşdur.
“Aktivlərin hərəkəti cədvəli”ndə aşağıdakılar əks et-
dirilir: 
* mühasibat uçotu registrlərinin məlumatlarına 
əsasən aktivlərin dövrün əvvəlinə mövcud olan qalıqları, 
yəni aktivin adı, əldə olunması üzrə ilkin uçot sənədinin 
adı, tarixi və nömrəsi, ölçü vahidi, miqdarı, qiyməti və 
məbləği;
* alınmış aktivin adı, əldə olunması üzrə ilkin uçot 
sənədinin adı, tarixi və nömrəsi, ölçü vahidi, miqdarı, qiy-
məti və məbləği;
* məxaric edilmiş aktivin məxaric edilməsi üzrə ilkin 
uçot sənədinin adı, tarixi və nömrəsi, miqdarı və məbləği;
* hesabat dövrünün sonunda aktivlərin qalığı. 
 “Öhdəliklərin hərəkəti cədvəli”
– ilkin uçot sənədlə-
rinə əsasən təsərrüfat subyektinin öhdəliklərinin hərəkəti-
nin sistemləşdirilməsi üçün nəzərdə tutulmuşdur.


Mühasibat uçotu A.H.Əliyeva 
 
77 
 
“Öhdəliklərin hərəkəti cədvəli”ndə aşağıdakılar əks 
etdirilir: 
* mühasibat uçotu registrlərinin məlumatlarına əsa-
sən öhdəliklərin dövrün əvvəlinə mövcud olan qalıq məb-
ləğləri, yəni öhdəliyin adı, yaranması üzrə ilkin uçot sənə-
dinin adı, tarixi və nömrəsi və məbləği; 
* təsərrüfat subyektinin öhdəliyi yarandıqda, yaran-
mış öhdəliyin adı, ilkin uçot sənədinin adı, tarixi və nöm-
rəsi və məbləği; 
* öhdəlik ödənildikdə, həmin öhdəliyin ödənilməsi 
üzrə ödəniş sənədinin adı, tarixi və nömrəsi və məbləği;
* öhdəliyin dövrün sonuna qalıq məbləği. 
“Uçot kitabı”
– müəyyən dövr ərzində baş vermiş 
təsərrüfat əməliyyatları haqqında məlumatların ilkin uçot 
sənədlərinə əsasən sistemləşdirilməsi üçün nəzərdə 
tutulmuşdur.
Təsərrüfat subyekti fəaliyyətinin uçotunu “Uçot 
kitabı”nda aşağıdakı kimi əks etdirir: 

“Uçot kitabı”nın “Gəlirlər” bölməsində ilkin uçot 
sənədlərinə əsasən gəlirlər üzrə əməliyyatın məzmunu, il-
kin uçot sənədinin adı, tarixi və nömrəsi, dövrün əvvəlinə 
qalıq məbləği, hesablanılmış məbləğ, daxilolmalar üzrə il-
kin uçot sənədinin adı, tarixi və nömrəsi, məbləği və əmə-
liyyatlar üzrə dövrün sonuna qalıq məbləği əks etdirilir. 

“Uçot kitabı”nın “Xərclər” bölməsində ilkin uçot 
sənədinə əsasən xərclər üzrə əməliyyatın məzmunu, ilkin 
uçot sənədinin adı, tarixi və nömrəsi, dövrün əvvəlinə qa-
lıq məbləği, hesablanılmış məbləğ, ödənişlər üzrə ilkin 
uçot sənədinin adı, tarixi və nömrəsi, məbləği və əməliy-
yatlar üzrə dövrün sonuna qalıq məbləği qeyd olunur. 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin