Mühasibat uçotu A.H.Əliyeva
80
FƏSİL VII
MÜHASİBAT BALANSI
7.1.Balansın mühasibat uçotunda rolu
Ölkə iqtisadiyyatının müxtəlif sahələrində qarşıya qo-
yulan vəzifələrin yerinə yetirilməsi üzərində nəzarəti həya-
ta keçirmək üçün mövcud olan vəsait və onun yaranma
mənbəyi haqqında konkret məlumata malik olmaq, vəsaitin
tərkibini və təyinatını öyrənmək üçün onları iqtisadi cəhət-
dən qruplaşdırmaq lazımdır. Bu göstəricələrin yekun nəti-
cəsi mühasibat balansının köməyi ilə həyata keçirilir.
Dostları ilə paylaş: