Mühasibat balansı
- hesabat dövrünün son gününə
təsərüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini pul
ifadəsində ikili cədvəl formasında
əks etdirən maliyyə he-
sabatı formasıdır.
Balans - təsərrüfat vəsaitinin və onların əmələgəlmə
mənbələrinin müəyyən tarixə pul formasında ümumiləşdir-
mə və iqtisadi cəhətdən qruplaşdırılma üsuludur. «Balans»
fransız dilindən tərcümədə bərabərlik, latınca - tərəzinin
bir-birinə bərabər olan iki hissəsini xarakterizə edir. Bu
bərabərlik simvolu 1946-cı ildə keçirilmiş Mühasiblərin
Beynəlxalq Konqresində qəbul olunmuş qerbində əks olun-
muşdur. Mühasibat uçotunda qəbul olunmuş qaydaya görə
balansın aktivinin yekunu passivinin yekununa bərabər
olmalıdır.
Mühasibat balansı mühasibat uçotunun metodik ün-
sürü olmaqla mühasibat uçotu göstəricilərini yekunlaşdırır
və iqtisadi subyektin hesabat dövrü ərzində maliyyə vəziy-
yətinin informasiya modelini yaradır. Hesabat formasında
Mühasibat uçotu A.H.Əliyeva
81
təqdim olunan balans göstəriciləri təsərrüfatın gələcək
inkişaf imkanlarına dair istehsal-təsərrüfat və maliyyə gös-
təricilərinin idarəetmə üçün istifadə olunmasına şərait
yaradır. Mühasibat balansı vasitəsilə təşkilatın yaxın gələ-
cəkdə səhmdarlar, investorlar, kreditorlar, alıcı və satıcı-
lar qarşısında götürdüyü öhdəliyi yerinə yetirə biləcəyi ya-
xud onun maliyyə çətinliyi ilə qarşılacağını müəyyən
etmək olar.
Balans tərtib olunarkən əsasən aşağıdakı prinsiplərin
həyata keçirilməsi təmin olunmalıdır:
- ilin əvvəlində mühasibat balansında əks olunmuş
göstəricilər keçən ilin sonuna olan göstəricilərə (qalıqlara)
bərabər olmalıdır;
- mühasibat uçotu qaydalarında müəyyən olunmuş
prisiplərdən başqa, balansın aktivində və passivində əks
olunmuş maddələrin birinin digəri ilə, yəni mənfəətin zə-
rərlə, debitorun kreditorla əvəzlənməsinə icazə verilmir;
- mühasibat hesabları üzrə qalıqlar balansda cəmlən-
miş şəkildə, yəni debet qalığı olan analitik hesabların qalı-
ğı (saldo) aktivdə, kredit qalığı olanlar isə passivdə əks
olunur;
- mühasibatın balansda əks olunan göstəricilərin doğ-
ru və düzgünlüyü, müəssisə əmlakının illik balansının tər-
tibinədək aparılan inventarlaşma nəticəsi ilə təsdiq olun-
malıdır.
Mühasibat balansının 01 yanvar 2008-ci ildən tərtib
edilən formasını təqdim edək ( Cədvəl 7.1).
|