Mühasibat uçotu A.H.Əliyeva
87
pital (səhmlər), bölüşdürülməmiş mənfəət, ödənilməmiş
zərər aid edilir. Müəssisənin kapitalı iki mənbə: investor-
lardan (təsisçilərdən) alınan vəsait və bölüşdürülməmiş
mənfəətin vəsaiti hesabına yaradılır. Beynəlxalq uçot təc-
rübəsində “Xüsusi vəsaitlər” bəzən təmiz əmlak adlanır və
o, müəssisənin balansının yekunundan xarici öhdəlikləri
(malsatanlara, banka, kreditorlara və i.a. olan borcları)
çıxdıqdan sonra bütün əmlakın qalıq məbləği deməkdir.
Müəssisənin öhdəlikləri
iki bölmədən
ibarətdir:
Qısamüddətli öhdəliklər;
Uzunmüddətli öhdəliklər.
Beynəlxalq mühasibat uçotu standartlarına uyğun
olaraq balansda əks olunan öhdəliklər aşağıdakı hallarda
qısamüddətli ohdəliklərə aid edilir:
* müəssisənin normal əməliyyat dövründə onların
ödənilməsi nəzərdə tutulduqda;
* hesabat tarixindən etibarən 12 ay ərzində
ödənilməli olduqda.
Qısamüddətli öhdəliklər
vergi və sair məcburi ödə-
nişlər üzrə öhdəliklər, qısamüddətli faiz xərcləri yaradan
öhdəliklər, qısamüddətli qiymətləndirilmiş öhdəliklər, qı-
samüddətli kreditor borcları və sair qısamüddətli öhdə-
liklərdən ibarətdir.
Uzunmüddətli öhdəliklər
uzunmüddətli faiz xərcləri
yaradan öhdəliklər, uzunmüddətli qiymətləndirilmiş öhdə-
liklər, təxirə salınmış vergi öhdəlikləri, uzunmüddətli kre-
ditor borcları və sair uzunmüddətli öhdəliklərdən ibarətdir.
Hal-hazırda müəssisənin öhdəliklərini onu yaradan
subyektlər üzrə iki qrupa bölmək olar:
Mühasibat uçotu A.H.Əliyeva
88
Birinci qrup öhdəliklər müəssisəni yaradan sahib-
karlar (investorlar, səhmdarlar, dövlət, təsisçilər) qarşısın-
dakı öhdəliklərdir. Bu öhdəliklər balansın passivinin da-
imi hissəsi hesab olunaraq təsərrüfat subyektlərinin fəaliy-
yəti dövründə qaytarılmır.
İkinci qrup öhdəliklər başqa müəssisə, təşkilat və
şəxslər (malsatanlar, banklar, fəhlə və qulluqçular, borc
verənlər, büdcə, kreditorlar, və i. a.), qarşısında olan öhdə-
liklərdir. Bu öhdəliklərin qaytarılma vaxtı isə, onlar üçün
müəyyən edilmiş müddətlər üzrə qabaqcadan məlum olur.
Balansın köməyi ilə öhdəliklərin qruplaşdırılması onların
qaytarılma müddətlərini müəyyən etməyi asanlaşdırır.
İnvestorlar, səhmdarlar və i.a. qarşısında olan öhdə-
çiliklər də iki yerə bölünür. Onların bir hissəsi müəssi-
sənin onu ilk dəfə təşkil edərkən müəssisənin sahibkarları
tərəfindən qoyulur və sonradan əlavə ayırmalar aparmaq
yolu ilə tamamlanır. Bu iki hissə müəssisənin nizamnamə
kapitalı adlanır. Əldə olunan mənfəətin bir hissəsi müəs-
sisənin öz sərəncamında qalır. Həmin mənfəətdən yığım
fonduna ayırmalar aparılır. Bu ayırmalar hesabına sahib-
karların nizamnamə kapitalına qoyduqları vəsait artırıla
bilər. Vəsaitlərin bu hissəsi öz əksini “Əlavə kapital”,
“Ehtiyat kapitalı”, “Xüsusi təyinatlı fondlar”, “Bölüşdü-
rülməmiş mənfəət” hesablarında tapır. Sonralar onlar sa-
hibkarların razılığı ilə nizamnamə kapitalına birləşdirilə
bilər. Sahibkarlar qarşısında müəssisənin bu iki öhdəçiliyi
(nizamnamə kapitalı və mənfəət hesabına yaradılan ehtiyat
kapitalı, əlavə kapital) xüsusi kapitalı təşkil edir.
Yeni qaydalarda və yeni mühasibat uçotu hesabatla-
rında bölüşdürülməmiş mənfəət balansın kapital bölməsin-
|