Mühasibat uçotu A.H.Əliyeva
92
Sağlamlaşdırıcı balans
;
İcmal balans
;
İcmal-konsildə edilmiş balans.
Giriş balansı
- yeni yaradılan
müəssisələrin nizam-
namə fondu əsasında tərtib etdiyi balansdır. Giriş balan-
sında müəssisə nizamnaməsində qeydiyyatdan keçmiş əsas
əmlak formaları və nizamnamə kapitalına təsisçilər tərəfin-
dən qoyulan öhdəliklər, pul vəsaiti əks olunur.
Cari (dövrü) balans
-
müəssisənin fəaliyyətdə ol-
duğu bütün dövrdə dövrü olaraq uçot siyasətinə və hesabat
dövrlərinə uyğun tərtib olunur.
Dövrü balans
formaca ay-
lıq, rüblük, yaxud illik olaraq
bir-birindən fərqləndirilən,
müvafiq orqanlara təqdim edilən balansdır.
Cari balansın tərtibi üç dövrə bölünür. Ondan birin-
cisi başlanğıc, ikincisi hesabat dövrünün rüb və aylıqlarında
və üçüncü isə yekun balansı formasında tərtib olunur.
Başlanğıc və yekun balansı
maliyyə ilinin əvvəlində və
sonunda, hesabat dövrü arası balans isə hesabat dövrünün
əvvəli və sonunda tərtib olunur.
Azərbaycan Respub-
likasında hesabat dövrü arası balanslar birinci rübün yeku-
nu, yarım illik (altı aylıq) və üçüncü rübün yekunu əsasında
doqquz aylıq tərtib olunur.
Birləşdirici balans -
bir
neçə təsərrüfat subyektinin
bir hüquqi şəxs kimi birləşməsi zamanı tərtib edilir.
Dostları ilə paylaş: