Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə56/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
95 
 
Bu əməliyyatdan sonra müəssisənin istehsalatında 
materialların qalığı 32 min manat artırsa anbardakı qalığı 
eyni məbləğdə azalır.
*
İkinci əməliyyat:
 
balansın passivinin daxilində 
əmələ gələn dəyişiklik
Balansın passivində bir maddə artır, digər maddə eyni 
məbləğdə azalır.Bunun nəticəsində balansın passivində 
yalnız vəsaitin yerdəyişməsi baş verir, balansın yekunu 
(passivi) dəyişilmir. 
 
Məsələn: müəssisədə işçilərinin əmək haqqından 
12300 manat məbləğində gəlir vergisi tutulmuşdur. 
Dt Kt
əmək haqqı büdcə ilə hesablaşmalar 12300 man. 
 
*Üçüncü əməliyyat: artmaqla balansın aktiv və 
passivinin yekununda əmələ gələn dəyişiklik 
Balansın aktiv və passivində eyni məbləğdə vəsait 
artır, balansın aktivi və passivinin yekunu da artır.Həmin 
əməliyyat nəticəsində müəssisə balansının aktivində və 
passivində balans maddələri dəyişilir və bu isə valyuta 
həcminin artmasına səbəb olur. 
Məsələn: Malsatan və podratçılardan 15700 man 
məbləğində materiallar alınmışdır.
Dt Kt
material malsatan və podratçılar 15700man. 
 
*Dördüncü əməliyyat: azalmaqla balansın aktiv və 
passivinin yekununda əmələ gələn dəyişiklik 


Mühasibat uçotu A.H.Əliyeva 
 
96 
 
Balansın aktiv və passivində eyni məbləğdə vəsait 
azalır, balansın aktivi və passivinin yekunu da bərabər 
məbləğdə azalır. Bu əməliyyat nəticəsində müəssisə 
balansının aktivində və passivində balans maddələri 
dəyişilir və bu isə valyuta həcminin azalmasına səbəb 
olur. 
Məsələn: Malsatanlara 15700 man məbləğində olan 
borc müəssisənin hesablaşma hesabından ödənilmişdir. 
Dt Kt
malsatan və podratçılar - hesablaşma hesabı 15700 man. 
Belə ki, malsatan və podratçılara olan kreditor borcu 
göstərilən məbləğdə azalır. Eyni zamanda müəssisənin 
hesablaşma hesabında da pul vəsaiti eyni məbləğdə azal-
mış olur.
Beləliklə, aparılan dörd formada təsərrüfat əməliy-
yatları nəticəsində birinci halda yekun balansı (aktivi) də-
yişilmir, ikinci halda balans (passiv üzrə) yekunu yenə də 
dəyişilmir, üçüncü halda balansın aktivi və passivinin ye-
kunu artır, dördüncü halda isə balansın aktivi və passivi 
azalır.
Balansın aktiv və passiv maddələri arasında qarşılıqlı 
əvəzetmələr (ödənişlər) aparmaq qadağandır. Deyilənlər 
bir daha göstərir ki, müəssisənin bütün vəsaitlərini əks et-
dirən mühasibat balansı, onda əks olunan təsərrüfat əmə-
liyyatlarının düzgünlüyü üzərində nəzarət etməyə imkan 
verir. Balansın aktivi və passivi üzrə əməliyyatlar düzgün 
əks etdirildikdə balansın yekununun bərabərliyi pozulmur.

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin