Mühasibat uçotu A.H.Əliyeva
97
FƏSİLVIII
ƏSAS TƏSƏRRÜFAT ƏMƏLİYYATLARININ
UÇOTU
8.1.Təchizat prosesinin təşkilati prinsipləri
Təchizat (tədarük) prosesi -
müəssisənin normal
fəaliyyəti üçün onun vaxtında kompleks şəkildə əmək
əşyaları və maddi ehtiyyatlarla təmin edilməsidir.
Hər bir müəssisədə əmək əşyaları ilə təmin edilmə
təsdiq edilmiş təchizat planına (proqnozuna) uyğun olaraq
həyata keçirilir. Müəssisə aldığı əmək əşyalarının (xam-
mal, material, yanacaq və i.a.) dəyərini malsatanlara mü-
əyyən edilmiş (razılaşdırılmış) qiymətlə ödəyir. Ödənilən
bu məbləğ əmək əşyalarının
alış dəyəri
adlanır. Bundan
əlavə əmək əşyalarının boşaldılması, daşınması, yük-
lənməsi və i. a. əlaqədar olan bir sıra xərclər çəkilir. Belə
xərclərə
nəqliyyat tədarük xərcləri
deyilir. Əldə edilmiş
əmək əşyalarının dəyəri və nəqliyyat tədarük xərcləri bir-
likdə onların
faktiki maya dəyərini
təşkil edir. Təchizat
prosesi plana uyğun həyata keçirildiyinə görə həmin plan-
da təchizatın həcmi, daha doğrusu müəyyən dövr ərzində
əldə ediləcək əmək əşyalarının miqdarı və plan maya də-
yəri göstərilir.
Təchizatın faktiki həcmini müəyyən etmək üçün
mühasibat uçotu müəyyən dövr ərzində müəssisə tərəfin-
dən əldə edilmiş əmək əşyalarının miqdarı və növləri haq-
qında məlumat verməlidir. Həmin məlumatlar həm natural
həm də pul ifadəsində verilməlidir. Ayrı-ayrı növ əmək
əşyalarının tədarükü haqqında məlumatlar təchizat planı-
Mühasibat uçotu A.H.Əliyeva
Dostları ilə paylaş: |