Mühasibat uçotu A.H.Əliyeva
99
sulun hazırlanması ilə əlaqədar
olan məsrəflərə istehsal
prosesində iştirak edən fəhlələrin əmək haqqı,
məhsulun
hazırlanmasına sərf edilən əmək əşyalarının dəyəri, isteh-
sal prosesində iştirak edən əmək vəsaitinin köhnəlməsi və
s. daxildir. Bundan əlavə, istehsal müəssisələrində istehsa-
lın idarə edilməsi və ona xidmət göstərilməsi ilə əlaqədar
bir sıra xərclər də baş verir. Bu cür xərclərə idarə və
xidmətedici heyətin əmək haqqı, ümumistehsalat və
ümumtəsərrüfat ehtiyaclarına
sərf edilmiş əmək əşya-
larının dəyəri, habelə ümumi təsərrüfat binalarının və baş-
qa əmək vəsaitlərinin köhnəlməsi (amortizasiyası), poçt,
teleqraf, dəftərxana, binaların qızdırılması və s. xərclər
daxildir. Bütün bu məsrəflərin cəmi hazırlanan məhsulun
istehsal maya dəyərini təşkil edir. Deməli, istehsal
prosesinin mühasibat uçotu bir tərəfdən məhsulun
istehsalına sərf olunan məsrəfləri, digər tərəfdən isə hazır
məhsul buraxılışını əks etdirməlidir.
Bir qayda olaraq istehsal prosesinin fasiləsizliyi təc-
hizat prosesi ilə müşayiət olunur
və bu da istehsal olun-
muş hazır məhsulun satışının təşkil edilməsinə şərait yara-
dır. Yeni yaradılmış məhsulun dəyəri istifadə olunmuş
istehsal vasitələrindən və işçi əməyi ilə yaranan yeni də-
yərdən ibarətdir. Mühasibat uçotu istehsal prosesini (gös-
tərilən xidməti) qeyd edərək istehsal məsrəflərini və isteh-
sal məhsullarını (hazır məhsulları) əks etdirir.
Mühasibat
uçotu istehsal vasitələrinin və işçi qüvvəsinin məsrəflərini
əks etdirməklə istehsalın istehlakını əhatə edir. İstehsal
müəssisələrinin məhsul istehsal etməkdə məqsədi onu
satmaq və gəlir əldə etməkdən ibarətdir.
Dostları ilə paylaş: