Mühasibat uçotu A.H.Əliyeva
128
* obyektiv və düzgün olmalı, müəssisənin əmlakının
qorunmasına xidmət etməlidir;
* vaxtlı-vaxtında tərtib və təqdim edilməlidir.
Maliyyə hesabatlarındakı məlumatlar sintetik və ana-
litik uçot məlumatlarına əsaslanaraq əmlakın, kassadakı
pul vəsaitinin, bankdakı hesabların çıxarışı, debitor və kre-
ditor borclarının üzləşmə aktları ilə təsdiq olunmalıdır.
Mühasibat uçotu hesabatında səhvlərin düzəldilməsi düzə-
lişin tarixi göstərilməklə onu imzalayan şəxslərin imzası
ilə təsdiq edilir. Müəssisə və təşkilatların hesabat göstəri-
ciləri plan göstəriciləri ilə müqayisə
edilərək təsərrüfat
strukturlarının fəaliyyəti qiymətləndirilməlidir.
Dostları ilə paylaş: