Mühasibat uçotu A.H.Əliyeva
130
mühasibat (maliyyə) hesabatına bölünür. Cari və statistik
hesabat müəssisənin, təşkilatın və onların ayrı-ayrı sahələ-
rinin işinə gündəlik rəhbərlik etmək üçün lazım olan gös-
təriciləri xarakterizə edir.Təqdim edilmə müddətindən ası-
lı olaraq hesabat cari və ilik hesabata bölünür.Cari hesabat
rüblük olur. Bundan əlavə, bəzi hallarda planın ən mühüm
bölmələri üzrə daha qısa dövr
üçün hesabat təqdim edilə
bilər. İllik hesabat adətən hesabat ili ərzində uçot məlu-
matlarını yekunlaşdırmaq məqsədi ilə yanvarın 1-i tarixinə
tərtib edilir. İllik hesabatda mühasibat uçotunda əks etdiri-
lən əsas yekun məlumatlar birləşdirilir.
Maliyyə
hesabatlarının tərkibi aşağıdakılardan
ibarətdir (Şəkil10.1):
Şəkil10.1. Maliyyə hesabatlarının tərkibi
Mühasibat uçotu A.H.Əliyeva
131
Mühasibat balansı
-
hesabat dövrünün son gününə
təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini pul
ifadəsində ikili cədvəl formasında
əks etdirən maliyyə he-
sabatı formasıdır. Hesabat formasında təqdim olunan ba-
lans göstəriciləri təsərrüfatın gələcək inkişaf imkanlarına
dair istehsal-təsərrüfat və maliyyə
göstəricilərinin idarə-
etmə üçün istifadə olunmasına şərait yaradır.
Müəssisənin təsərüfat fəaliyyətində maliyyə nəticəsi
kimi müəyyən olunmuş mənfəət
və zərərin yekunu müəs-
sisənin özünəməxsus kapitalının artması və ya azalmasını
əks etdirir. Mənfəət və zərər haqqında hesabat mənfəətdən
verginin hesablanmasını eyniləşdirir və vergi orqanları tə-
rəfindən onun yoxlanmasını asanlaşdırır.
Mənfəət və zərərlər haqqında hesabat 2 bölmədən
ibarətdir:
1.Mənfəət və zərərlər haqqında hesabat (xərclərin
funksiyaları üzrə);
2.Mənfəət və zərərlər haqqında hesabat (xərclərin
xüsusiyyətləri üzrə).
Mənfəət və zərərin əmələ gəlmə mənbələri aşağıda-
kılardır:
* müəssisənin yerinə yetirdiyi cari fəaliyyətdən, yəni
məhsul satışından, işlərin və xidmətlərin yerinə yetirilmə-
sindən yaranmış nəticə (mənfəət, zərər);
*
əsas vəsaitlərin, materialların və digər aktivlərin
(qeyri-maddi
aktivlərin,
qiymətli
kağızların
və
s.)satışından olan maliyyə nəticəsi;
* təchizat – satış və ticarət
müəssisələrində məhsul
və tara satışından gəlirlər;