Mühasibat uçotu A.H.Əliyeva 134 hesabatının hazırlanması və tətbiq edilməsi prosesində
tətbiq etdiyi əsas prinsipləri, qaydalar, şərtlər və
təcrübələrin məcmusu kimi başa düşülür.
Uçot siyasəti müəssisənin baş mühasibi tərəfindən
onun strukturu, sahəsi və fəaliyyətinin xüsusiyyətləri
nəzərə almaqla formalaşdırılır və müəssisə rəhbərliyi
tərəfindən təsdiq edilir.
Uçot
siyasətini
formalaşdırarkən
aşağıdakılar
müəyyən olunur: müəssisənin işçi hesab planı; təsərüfat
fəaliyyətinin faktlarının təkmilləşdirmək üçün istifadə
olunan ilkin sənədlərin formaları; müəssisənin aktiv və
öhdəliklərinin inventarizasiyası qaydaları; aktiv və
öhdəliklərin
qiymətləndirilməsi
metodları;
sənəd
dövriyyəsi və uçot informasiyalarının işlənilməsi qaydası;
təsərrüfat əməliyyatlarına nəzarət edilməsi qaydaları;
mühasibat uçotunun təşkilinin digər məsələləri.
İzahlı arayışda müəssisənin təşkilati quruluşuna dair
məlumat, mühasibat uçotu standartları və onların
prinsiplərini əhatə edən məlumatlar, müəssisənin cari, in-
vestisiya və maliyyə fəaliyyəti, hesabat ilində təsərrüfat-
maliyyə fəaliyyətinə təsir edən amillər, illik hesabat nəti-
cələrinin qiymətləndirilməsi və müəssisənin sərəncamında
qalan mənfəətin bölüşdürülməsi, baş vermiş itkilərin
səbəbləri, uçot siyasətinin açıqlaması və onun əsas prin-
sipləri, hesabat ili ərzində müəssisənin əsas fəaliyyətini
əhatə edən göstəricilərinin xarakteristikası, istehsalat,
təsərüfat-maliyyə göstəriciləri və onların təhlili, balansda
əks olunmuş göstəricilər,
müəssisənin gələcək dövrü üçün mühüm iqtisadi və
maliyyə göstəricilərinin perspektivləri, investisiyanın həc-