Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə81/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   152
2016-2447

 
135 
 
mi, maliyyə qoyuluşu, iqtisadi faydalılığın artırılması və 
yeni nəticələrə dair əlavə təkliflər də ətraflı şərh və təhlil 
edilir.
Müəssisənin hesabat dövründəki (ay, rüb, il) maliyyə 
hesabatı uçot prosesinin yekun mərhələsidir.
Bütün müəssisə və təşkilatlarda illik maliyyə 
hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən 
edilir: 

Müəssisə və təşkilatlar üçün hesabat dövrü 
yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla; 

İl ərzində oktyabr ayının 1-dək yeni 
yaradılan müəssisə və təşkilatlar üçün birinci hesabat 
dövrü onların hüquqi şəxs statusuna malik olduğu tarixdən 
dekabr ayının 31-i daxil olmaqla; 

Oktyabr ayının 1-dən sonra yeni yaradılmış 
müəssisə və təşkilatlar üçün birinci hesabat dövrü onların 
qanunvericiliklə 
müəyyən 
edilmiş qaydada dövlət 
qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 
31-i daxil olmaqla. 
 
10.4. Maliyyə hesabatının tərtibi və təqdim olunma 
qaydası 
 
Azərbaycan 
Respublikası 
Maliyyə 
Nazirliyi 
tərəfindən hazırlanan və təsdiq olunan mühasibat 
(maliyyə) hesabatının nümunəvi formaları və tərtibi 
qaydaları Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi 
ilə də razılaşdırılmalıdır. Nazirlik, baş idarə və digər idarə-
etmə orqanları, özlərinə tabe olan müəssisə və təşkilatlar 
üzrə icmal mühasibat hesabatı tərtib edirlər. Hesabatın 


Mühasibat uçotu A.H.Əliyeva 
 
136 
 
düzgün tərtib edilməsinə müəssisə rəhbəri və baş mühasib, 
eləcə də maliyyə şöbəsinin rəhbəri məsuliyyət daşıyır. 
İllik hesabatı tərtib etməzdən əvvəl bir sıra hazırlıq 
işləri: pul vəsaitinin, material qiymətlilərinin və digər 
dəyərlilərin inventarlaşması aparılmalıdır. İnventarlaşm-
anın nəticələri (əskik gəlmiş məbləğlərinin müəyyən 
edilərək silinməsi, eləcə də onların artıq gəlməsinin 
mədaxil edilməsi) illik hesabat tərtib edilənə qədər hesabat 
ilinin uçotunda qüvvədə olan normativ sənədlərə uyğun 
əks etdirilməlidir. İllik hesabat tərtib edilməzdən əvvəl 
görülən növbəti tədbirlərdən biri də mühasibat uçotu he-
sablarına son yazılışların aparılmasıdır. Hesablarda apa-
rılan son yazılışların köməyi ilə müəsisənin və ya 
təşkilatın son maliyyə nəticələri müəyyən edilir. Sintetik 
və analitik hesablardakı məlumatlar dəqiqləşdirilərək 
onlar üzrə qalıqlar müəyyən edilir. Bu hesablar üzrə qalıq-
ları müəyyən etməzdən əvvəl büdcə, sosial sığorta və s. 
qarşısındakı öhdəçiliklərin düzgün əks etdirilməsini diq-
qətlə yoxlamaq, hesabat ili ərzində amortizasiya normaları 
üzrə hesablamalar, ümumistehsalat və ümumtəsərrüfat 
xərcləri bölüşdürülməli, məhsulun maya dəyərinin kalkul-
yasiyası tərtib edilməli və bitməmiş istehsalın qalığı 
müəyyənləşdirilməli, hesablar üzrə aşkar edilmiş fərqlər 
üçün əlavə yazılışlar aparılmalı, “Hazır məhsul” hesabı 
bağlanmalı, sonra “Satış” hesabı vasitəsi ilə hər bir məhsul 
və xidmət növü üzrə maliyyə nəticələri müəyyən edilməli, 
mənfəət bölüşdürülməli, onun müəssisənin sərəncamında 
qalan hissəsi təyin edilməlidir. 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin