Mühasibat uçotu A.H.Əliyeva
139
Münasiblik
Əhəmiyyətlilik
Etibarlılıq
Düzgün təqdimat
Mahiyyətin formadan üstünlüyü
Neytrallıq
Ehtiyatlılıq
Tamlıq
Müqayisəlilik
Ardıcıllıq
Anlaşıqlılıq
Anlaşıqlılıq:
Maliyyə hesabatlarında
təqdim olunan
informasiyanın
mahiyyəti
istifadəçilər
tərəfindən
anlaşılmalıdır. Eyni zamanda,
istifadəçilər Büdcə Təşki-
latları üçün Milli Mühasibat Uçotu Standartları haqqında
zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qə-
dər dərindən öyrənməyə hazır olmalıdırlar. Lazımi
informasiya mürəkkəbliyinə görə
istifadəçilər tərəfindən
anlaşılmaması səbəbindən maliyyə hesabatlarından çıxa-
rılmamalıdır.
Müqayisəlilik:
İstifadəçilər üçün maliyyə hesabatları
arasında müvafiqliyi və fərqliliyi müəyyən etmək və
qiymətləndirmək
imkanını
yaradan
informasiya
müqayisəli hesab olunur. İstifadəçilər
tərəfindən dövlət
büdcəsindən maliyyələşən təşkilatın müxtəlif dövrlərə aid
olan maliyyə hesabatlarının və ayrı-ayrı təşkilatların
maliyyə hesabatlarının
müqayisə edilə bilməsi üçün
təşkilatların maliyyə vəziyyətindəki və fəaliyyətlərinin