Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə86/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
142 
 
üçün istifadəçinin qərarına təsir etdikdə, maliyyə 
hesabatları neytral hesab oluna bilməz. 
Ehtiyatlılıq:
Ehtiyatlılıq - qeyri-müəyyən şəraitdə 
qiymətlən-dirmə 
zamanı aktiv və ya gəlirlərin 
artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının 
təmin olunması məqsədilə diqqətli yanaşmanın tətbiqidir. 
Əksər hallarda bu o deməkdir ki, qeyri-müəyyən şəraitdə 
aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik 
və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. 
Ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehti-
yatlarının və həddən artıq həcmdə hesablanmış qiymət-
ləndirilmiş öhdəliklərin yaradılmasını, habelə aktivlərin və 
gəlirlərin qəsdən azaldılmasına və ya öhdəliklərin və xərc-
lərin qəsdən artırılmasına əsas vermir.
Tamlıq:
Maliyyə hesabatlarında təqdim olunan 
informasiyanın etibarlı olması üçün bu informasiya, onun 
əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla, 
dolğun olmalıdır.
 
10.6. Maliyyə hesabatının elementləri və onların 
qiymətləndirilməsi 
 
Maliyyə hesabatının elementləri aşağıdakılardır: 
Aktivlər; Xərclər; Öhdəliklər; Gəlirlər; Kapital 
Aktivlər
 
- keçmiş hadisələrin nəticəsi kimi müəssisə 
tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi 
səmərə gətirə biləcəyi gözlənilən ehtiyatlardır. 
Xərclər
- mülkiyyətçilər arasında kapitalın bölüş-
dürülməsi ilə əlaqəli olmayan lakin kapitalın azalması ilə 
nəticələnən, hesabat dövrü ərzində aktivlərin azalması və 


Mühasibat uçotu A.H.Əliyeva 
 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin