Mühasibat uçotu A.H.Əliyeva
144
Cari dəyər
-
hal-hazırda analoji aktivlərin əldə edil-
məsi və öhdəliyin yerinə yetirilməsi məqsədilə ödənilməli
olan pul vəsaitlərinin və ya onların
ekvivalentlərinin
nominal (diskontlaşdırılmamış) məbləğ ilə qiymətləndiril-
məsidir.
Mümkün satış dəyəri
-
təşkilatın adi iş şəraitində
aktivin satılması
nəticəsində əldə edilə biləcək, öhdəliyin
isə yerinə yetirilməsi məqsədilə pul vəsaitlərinin və ya
onların ekvivalentlərinin
ödənilməli olan nominal
(diskontlaşdırılmamış) məbləğ ilə qiymətləndirilməsini
nəzərdə tutur.
Diskontlaşdırılmış dəyər
− müəssisənin adi iş
şəraitində aktivinin istifadəsindən gözlənilən gələcək xalis
pul vəsaiti daxilolmalarının, öhdəliyin
isə yerinə yetiril-
məsindən gözlənilən gələcək xalis pul vəsaiti xaric-
olmalarının hal-hazırkı məbləği ilə qiymətləndirilməsidir.
Ədalətli dəyər
-
aktiv və öhdəliyin müstəqil, yaxşı
məlumatlandırılmış, aktivin mübadilə nəticəsində əldə edi-
lə biləcək məbləğlə qiymətləndirilməsi, öhdəliyin isə yeri-
nə yetirilməsi üçün tələb
olunan məbləğlə qiymətləndi-
rilməsidir.
Dostları ilə paylaş: