Mühasibat uçotu A.H.Əliyeva
145
FƏSİL XI
MALİYYƏ UÇOTUNUN ƏSASLARI
11.1.
Maliyyə uçotunun iqtisadi mahiyyəti və məqsədi
Maliyyə uçotu
-
təsərrüfat
subyektlərinin aktiv və
öhdəliklərinin,
kapitalının, bütün maliyyə-təsərrüfat
fəaliyyətinin natural göstəricilər əsasında,
pul ifadəsində,
fasiləsiz, sənədləşdirilmiş və mühasibat registrlərində
qarşılıqlı əlaqələndirilmiş şəkildə qaydaya salınması
sistemini özündə əks etdirir.
Maliyyə uçotunun aparılması “Mühasibat uçotu haq-
qında” qanun və bu sahədə müvafiq icra orqanının təsdiq
etdiyi digər normativ aktlarla tənzimlənilir.
Maliyyə uço-
tunun aparılması məcburi xarakter daşıyır və onun apa-
rılması reqlamentləşdirilir. Odur ki,
ölkəmizdə fəaliyyət
göstərən bütün növ müəssisələr,
sahibkarlar gəlirlə və ya
gəlirsiz işləməyindən asılı olmayaraq maliyyə uçotu apar-
mağa borcludurlar.
Maliyyə uçоtunun informasiya
istifadəçiləri müəs-
sisə ilə müəyyən münasibətdə olan hüquqi və fiziki şəxs-
lərdir. Belə ki, maliyyə uçоtu infоrmasiyalarından müəs-
sisə və şirkətlərin mühasibləri ilə yanaşı mеnеcеrlər,
mülkiyyət
sahibləri, invеstоrlar,
bank mütəхəssisləri, hü-
quqşünaslar, kreditorlar, vergi orqanları, səhmdarlar və s.
gеniş istifadə еdirlər.
Maliyyə uçotu ümumi
qəbul olunmuş qaydada mü-
hasibat uçotunun norma və standartları əsasında aparılır.
Bu, xarici istifadəçilərə informasiyaları uçot məlumatları
ilə tutuşdurmağa və müqayisə etməyə imkan verir.