Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə89/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
146 
 
Müəssisənin idarə еdilməsində maliyyə uçоtunun 
infоrmasiyalarından daha səmərəli istifadə еdə bilmək 
üçün mühasibat uçоtunun qabaqcıl uçоt mеtоdlarından, 
mühasibat uçоtunun bеynəlхalq standartlarından istifadə 
оlunması, uçоt əməliyyatlarının kоmpütеrləşməsi isti-
qamətində ətraflı iş aparılması günün vacib məsələsidir. 
Maliyyə uçotunun əsas məqsədi aşağıdakılardır: 

təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat 
fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün 
formalaşdırmaq; 

əmək, material və maliyyə ehtiyatlarının 
təsdiq edilmiş normalara, normativlərə və smetalara 
müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və 
hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində 
nəzarəti təmin etmək; 

maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi 
halların 
qarşısını vaxtında almaq, təsərrüfatdaxili 
ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək;

zəruri informasiyaları uçot məlumatları ilə 
tutuşdurmaq və müqayisə etmək üçün xarici istifadəçilərə 
təqdim etmək.
 
Maliyyə uçotunda təsərrüfat əməliyyatları pul ifadə-
sində qiymətləndirilir. Maliyyə uçotu nizama salınmış şə-
kildə məcburi olaraq hesabatın dövri olaraq təqdim olun-
masına doğru yönəldilmişdir. Maliyyə hesabatları müəssi-
sənin artıq başa çatmış təsərrüfat fəaliyyəti əsasında tərtib 
edilir. Maliyyə hesabatları müəssisənin bütün fəaliyyəti 
haqqında informasiyaları ümumiləşdirir. Xarici istifadəçi-
lərə informasiya üçün maliyyə hesabatının tərtibi məqsədi 
ilə maliyyə uçotu aparılır. 


Mühasibat uçotu A.H.Əliyeva 
 
147 
 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin