Müsahibat uçotu


 Mühasibat uçotunun funksiyaları



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə90/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   152
2016-2447

11.2. Mühasibat uçotunun funksiyaları 
 
Müəssisədə mühasibat uçotunun bir neçə əsas 
funksiyası vardır, onlar: 

İnformasiya (məlumatvermə) 

Əmlakın qorunub saxlanması 

Analitik 

Nəzarət
İnformasiya vəzifəsi -
 
idarəetmədə bütün əməliy-
yatların fəaliyyətinə nəzarət, təhlil və
 
tələb olunan qərarların 
qəbul olunması üçün keyfiyyətli
 
informasiyaların hazırlan-
araq istifadəsidır. Mühasibat uçotu informasiyalarından 
müəssisə və şirkətlərin mühasibləri ilə yanaşı menecerlər, 
mülkiyyət sahibləri, investorlar, bank mütəxəssisləri, hüquq-
şünaslar və s. geniş istifadə edirlər. Nəticə etibarı ilə müha-
sibat uçotu informasiyaları operativ-texniki, statistika uçotu, 
planlaşmada, proqnozların tərtibində və ümumiyyətlə 
müəssisə fəaliyyəti üzrə taktika və strategiyanın hazır-
lanmasında geniş istifadə olunur. 
Əmlakın qorunub saxlanması - 
vəzifəsinin yerinə 
yetirilməsi mühasibat uçotunun daha da təkmilləşdirilməsi 
və onun nəzarət funksiyasının möhkəmləndirilməsi ilə əlaqə-
dardır. Xüsusi ilə qeyd olunmalıdır ki, göstərilən vəzifənin 
yerinə yetirilməsi üçün ilk növbədə müəssisədə yüksək 
səviyyəli avadanlıqlarla təmin olunmuş anbar təsərrüfatı, 
nəzarət və ölçü cihazları və digər şərait yaradılmalıdır. 
İdarəetmə sisteminin daha da təkmilləşdirilməsi, bazar 
iqtisadiyyatının formalaşması, mülkiyyətçilərin sayının 
artması və xarici iqtisadi fəaliyyətin inkişafı mühasibat uço-
tunun əmlakın qorunub saxlanması vəzifəsinin daha da 


Mühasibat uçotu A.H.Əliyeva 
 
148 
 
möhkəmləndirilməsini tələb edir. Elmi əsaslarla təşkil olun-
muş mühasibat uçotu sistemi şəraitində əmlakın mənim-
sənilməsi faktlarının müəyyən olunması ilə yanaşı korrub-
siyalaşmış qruplaşma faktları da aşkarlanır və onlara qarşı 
konkret tədbirlər görülməsi reallaşır. 
Hazırda mövcud olan mühasibat uçotu sistemi müəs-
sisənin digər xidmətlər ilə əlaqədə əmlakın qorunub 
saxlanmasını təmin edir və müxtəlif əksikgəlmə, xarabolma 
və itkilərin qarşısını alır. Göstərilən məsələlərin həllində ida-
rə və müəssisələrdə qalıqda olan əmtəə-material dəyərlilə-
rinin dövrü inventarlaşdırılmasının xüsusi əhəmiyyəti vardır. 
Aparılan inventarlaşdırma nəticəsində təsərrüfat əməliyyat-
larının lazımi sənədlərlə rəsmiyyətə salınması, onların müha-
sibat uçotunda əks olunması müəyyənləşdirilir və yoxlama 
nəticələri əsasındakı sənədlər faktiki uçot göstəriciləri ilə 
müqayisə olunmaqla nəticə müəyyənləşdirilir. 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin