Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə91/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   152
2016-2447

Analitik vəzifə - 
etibarlı və hüquqi cəhətdən əsaslan-
dırılmış mühasibat uçotu informasiyaları əsasında müəssisə 
və onun tabeçiliyində olan filialların maliyyə, istehsalat-
təsərrüfat fəaliyyəti təhlil olunaraq hazırlanmış analitik şərh-
lər əsasında lazımi qərarların qəbul olunmasıdır. 
Bu vəzifənin yerinə yetirilməsi mühasibat uçotunun 
bütün bölmələri, o cümlədən mövcud ehtiyatlardan istifadə 
olunması məhsul istehsalı, sərf olunmuş məsrəflərin həcmi, 
qiymətlərin düzgün tətbiq olunmasının göstəricilərinin təh-
lilinə imkan verir ki, bu da sərbəst bazar iqtisadiyyatı şəra-
itində əhəmiyyətlidir. 
Nəzarət funksiyası 
- mühasibat uçotu informasiyası 
müəssisə və şirkətlərin istehsal əməliyyatlarının müxtəlif 
mərhələlərinə nəzarət etməklə, lazımi şəraitdə müəssisənin 


Mühasibat uçotu A.H.Əliyeva 
 
149 
 
və onun bölmələrinin bütün əməliyyatlarının fəaliyyətinə nə-
zarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında 
müxtəlif idarəetmə mərhələlərində idarəetmə qərarlarını 
əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir. Uçot 
aparatı işçiləri, nəzarət-təftiş və audit xidməti, vergi 
orqanları yeni idarəetmə prinsiplərinə əsaslanaraq mövcud 
olan maddi ehtiyatların düzgün və səmərəli istifadə olunması 
üzərində nəzarəti təmin etməlidirlər.
Nəzarət
- qarşıda qoyulan məqsədə çatmaq üçün vəzi-
fənin müəyyən olunması prosesidir. Nəzarət prosesini 
müəyyən olunmuş standartlar təşkil edir ki, onların icrası 
qarşıdakı vəzifənin yerinə yetirilməsini təmin etməyə 
yönəldilir. Nəzarət üç formada yerinə yetirilir və bu əməliy-
yatların aparılması və icra olunması əvvəlcədən müəyyən 
vəzifəli şəxslər tərəfindən sənədləşdirilir. Hər bir əməliyyat 
ayrılıqda müəyyən sənədləşdirmə əsasında icra olunur.
İlkin nəzarət
- kadrların seçilib yerləşdirilməsi, mate-
rial və maliyyə vasitələri ehtiyatlarının istifadəsində nəzərdə 
tutularaq təsərrüfat əməliyyatının icra olunmasına qədər 
aparılmalıdır.
Kadr ehtiyatları üzrə ilkin nəzarət müəssisələrdə seçi-
lən kadrların iş və peşəkar fəaliyyətlərinin müəyyən olun-
ması və daha hazırlıqlı, yüksək ixtisasa malik olan mütə-
xəssislərin seçilməsini nəzərdə tutur. 
Cari nəzarət -
müxtəlif təsərrüfat əməliyyatlarının 
yerinə yetirildiyi vaxtda icra olunaraq anında tərtib olunmuş 
sənədləşmə dövrünü əhatə edir. İcra olunan əməliyyatın 
daimi olaraq yoxlanması, əmələ gəlmiş problemlərin müza-
kirəsi və təkmilləşməsi görülən əməliyyatın mövcud olan 
qanunvericilikdən və nəzərdə tutulmuş plan göstəricilərindən 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin