Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə92/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
150 
 
kənara çıxmasının qarşısını alır. Beləliklə ilkin aparılmış 
nəzarət vasitəsilə müəyyən olunmayan qanunsuz əməliyyata 
yol verilməsi cari nəzarət vasitəsilə aradan qaldırıla bilər.
Sonrakı nəzarət
- təsərrüfat əməliyyatının icra olun-
duğu vaxtda və ya icradan sonra aparılan nəzarət formasıdır. 
Təsərrüfat əməliyyatının icra olunmasında hər bir şəxs tərtib 
etdiyi əməliyyatın qanunçuluqda müəyyən olunmuş norma 
və standartlara uyğun olmasını təmin etməyə borcludur. 
Müəssisələrdə sonrakı nəzarət forması bir qayda olaraq 
aparılan təftiş və auditor yoxlamalarının nəticəsi ilə müəy-
yən olunur. Aparılan audit və təftiş yoxlamaları nəticəsində 
müəssisənin bütün təsərrüfat-maliyyə və iqtisadi göstəriciləri 
əsaslı şəkildə araşdırılır və buraxılmış nöqsanlar, çatışma-
mazlıqlar müəyyənləşməklə onların aradan qaldırılması 
üçün konkret tədbirlər görülür. 
Maliyyə uçotunun əksər elementlərini idarəetmə 
uçotunda tapmaq olar: 
- maliyyə uçotunda və idarəetmə uçotunda eyni 
maliyyə əməliyyatlarına baxılır, təhlil edilir. Maliyyə 
uçotu sistemində xərc elementləri üzrə əks etdirilmiş 
məsrəf növləri haqqında məlumatlar (əmək haqqı, 
amortizasiya ayırmaları və s.) eyni zamanda idarəetmə 
uçotunda da istifadə olunur; 
- maliyyə və idarəetmə uçotunun məlumatları həm 
idarəetmə qərarı qəbul etmək, həm də müəssisənin bazar
strategiyası ilə bağlı qərarın qəbul edilməsində istifadə 
edilir; 
- maliyyə uçotunun məlumatları müəssisənin inkişaf 
perspektivinin qiymətləndirilməsində investorlara kömək 
edir. İdarəetmə uçotunun məlumatları qiymətin əmələ 


Mühasibat uçotu A.H.Əliyeva 
 

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin