Müsahibat uçotu



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə93/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   152
2016-2447

151 
 
gəlməsi, xərclərin aşağı salınması və s. problemlərin həlli 
üçün istifadə olunur. 
Maliyyə uçotunun aparılma qaydasının pozulmasına 
və onun məlumatlarının təhrif olunmasına görə vergi 
orqanları tərəfindən cərimə sanksiyaları nəzərdə tutulur.
 
11.3. Azərbaycan Respublikasında tətbiq edilən 
mühasibat uçotu standartları 
 
İqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq 
inteqrasiyanın rolunun artması müxtəlif ölkələrdə tətbiq 
olunan uçot və hesabat işlərinin eyniləşdirilməsini və hamı 
üçün anlaşıqlı olmasını tələb edir.Müxtəlif ölkələrin milli 
mühasibat sistemlərinin vahid şəkildə uyğunlaşdırılması, 
ilk növbədə, xarici ölkələrin potensial investorları üçün 
mühüm əhəmiyyət kəsb edir. Belə ki, xarici investorlar 
üçün investisiya obyekti olan müvafiq təsərrüfat 
subyektinin maliyyə hesabatlarının aydın, şəffaf olması və 
reallığı əks etdirməsi vacibdir. Hər bir ölkənin milli uçot 
sistemi mühasibat uçotunun inkişaf istiqamətlərini və 
tendensiyalarını özündə əks etdirən milli standartlarla 
müəyyənləşir. Belə ki, milli uçot sistemi mühasibat uçotu 
obyektlərinin qiymətləndirilməsində, təsərrüfat əməliyyat-
ları və proseslərinin uçotda əks etdirilməsində, maliyyə 
hesabatları formalarının məzmunca sistemləşdirilməsində 
və müəssisələrin fəaliyyətinə nəzarətdə istifadə olunan 
metodikaların və üsulların məcmusu ilə xarakterizə 
olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2005-ci il 18 iyul tarixli 139 nömrəli qərarı ilə «2005-


Mühasibat uçotu A.H.Əliyeva 
 
152 
 
2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının 
tətbiqi üzrə Proqram» təsdiq edilmişdir. Həmin Proqrama 
əsaslanaraq Azərbaycan Respublika-sında aşağıdakı 
mühasibat uçotu standartlarının tətbiq edildiyini qeyd 
etmək olar: 

Maliyyə Hesabatlarının Beynəlxalq Stan-
dartları. Bu standartlara dəyişikliklər yalnız Beynəlxalq 
Mühasibat Uçotu Standartları Şurası tərəfindən edilə bilər 
və onlar həmin şura tərəfindən rəsmi şəkildə qəbul 
edildikdən sonra qüvvəyə minir; 

Kommersiya 
təşkilatları 
üçün 
Milli 
Mühasibat Uçotu Standartları. Bu standartlar Maliyyə 
Hesabatlarının 
Beynəlxalq 
Standartları 
əsasında 
hazırlanaraq, 
Maliyyə 
Hesabatlarının 
Beynəlxalq 
Standartları ilə nizamlanan bütün məsələləri əhatə 
etməlidir.

Büdcə Təşkilatları üçün Milli Mühasibat 
Uçotu Standartları. Bu standartlar İctimai Sektor üçün 
Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında 
hazırlanaraq İctimai Sektor üçün Mühasibat Uçotunun 
Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri 
əhatə etməlidir.

Qeyri-hökumət 
Təşkilatları 
üçün Milli 
Mühasibat Uçotu Standartları.
Milli Mühasibat Uçotu Standartları
- müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən mühasibat 
uçotu standartlarıdır. 
Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə 
Şərhlər və Tövsiyələr
- müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən Milli Mühasibat Uçotu Standartlarının müddəa-



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin