Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə94/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
153 
 
larının şərh olunması məqsədilə işlənib hazırlanmış və təs-
diq edilmiş metodoloji təlimatlardır.
 
Milli Mühasibat Uçotu Standartlarının tətbiqi maliy-
yə hesabatlarının hazırlanmasına çəkilən xərclərə qənaət 
etməyə, şirkətlərin filiallarının fəaliyyətinin təhlilini 
asanlaşdırmağa, idarəetmə qərarlarını optimallaşdırmağa 
və son nəticədə investisiyaların cəlb olunmasına imkan 
verəcək. Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə 
əlaqədar vergiyə cəlbolunma sistemi ilə mühasibat uçotu 
sistemi arasında qarşılıqlı əlaqəni təcəssüm etdirən model 
formalaşmış, inflisiya ilə ələqədar mühasibat hesa-
batlarında düzəliş prosedurları nəzərdə tutulmuş, əmlakın 
və öhdəliklərin qiymətləndirilməsinin mümkün üsulları 
müəyyənləşdirilmiş, həmçinin mühasibat hesabatının 
açıqlığının təminatı mexanizmi yaradılmışdır. 
Maliyyə hesabatlarının beynəlxalq standartları

Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası 
tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq olunmuş 
Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə 
Hesabatlarının Beynəlxalq Standartları və Şərhlər üzrə 
Daimi Komitənin şərhləri, habelə Maliyyə Hesabatları 
Şərhi üzrə Beynəlxalq Komitənin müvafiq şərhləridir. 
Beynəlxalq standartlar maliyyə əməliyyatlarının və 
təsərrüfat faktlarının mühasibat uçotunda və hesabatda əks 
etdirilməsinin beynəlxalq səviyyədə tanınması qaydala-
rını müəyyənləşdirir.
Milli Mühasibat Uçotu Standartlarının və Maliyyə 
Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi aşa-
ğıdakı əsas məqsədləri əhatə edir: 


Mühasibat uçotu A.H.Əliyeva 
 
154 
 
* Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq 
korporativ və büdcə sektorları üçün maliyyə hesabatlarının 
beynəlxalq və milli mühasibat uçotu standartlarına uyğun 
olaraq hazırlanması; 
* Müəssisələrin fəaliyyətinin şəffaflığının və dünya 
bazarına çıxışının təmin edilməsi; 
* Dövlətin mühasibat uçotu sahəsində idarəetmə 
vəzifəsinin həyata keçirilməsi və islahatların davamlılığı-
nın təmin edilməsi üçün institusional inkişafın dəstəklən-
məsi. 
Maliyyə hesabatlarının Milli Mühasibat Uçotu 
Standartlarına müvafiq hazırlamalı olan mühasibat uçotu 
subyektləri üçün ilkin sənədlərin və uçot registrlərinin 
forması uçot qaydaları əsasında müəyyənləşdirilir. Müha-
sibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsi ilə müha-
sibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçi-
rən müvafiq icra hakimiyyəti orqanı yeni Milli Mühasibat 
Uçotu Standartlarının və ya mövcud olan Milli Mühasibat 
Uçotu Standartlarına düzəlişin ilkin layihəsinin dərc olun-
masını və bütün maraqlı tərəflərdən 60 gün ərzində həmin 
layihəyə dair rəylərin alınmasını təşkil edir.

Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin