Mühasibat uçotu A.H.Əliyeva
157
nə nəzarətə və səmərəli uçotun təmin olunmasına
səbəb
olur.
Məhdudlaşdırılmış maya dəyərinin formalaşması və
bunun əsasında marjinal gəlirin müəyyən edilməsi.
Marjinal gəlir
– məhsul satışından əldə olunan gəlir-
lə dəyişən xərclər üzrə hesablanmış natamam maya dəyəri
arasında olan fərqdir. Marjinal gəlirin tərkibinə müəssisə-
nin daimi xərcləri və mənfəət daxil edilir. Bu istiqamət isə
idarəetmə qərarlarının hazırlanmasını yüksək səviyyədə
təmin edir.
İdarəetmə uçotunun təşkilində aşağıdakı mühüm
vəzifələr həyata keçirilir:
* kalkulyasiyanın
müəyyən edilməsi, tam maya
dəyərinin formalaşdırılması və onun əsasında
mənfəətin
müəyyən edilməsi;
* plan göstəricilərinin, alınan
nəticələrin və
kənarlaşmanın təhlili;
* işçilərin stimullaşdıılması;
* müəssisə daxili smetanın (büdcənin) icrasına
nəzarət;
*
təsərrüfat
fəaliyyətinə
cari
və
sonrakı
nəzarət,nəticələr haqqında informasiyaların təhlili;
* alternativ iş variantının axtarışı və onların optimal
variantını seçərək həyata keçirilməsi;
* qəbul olunan qərarların səmərəliliyinin kompleks
qiymətləndirilməsi;
*müəssisənin istehsal fəaliyyətinin planlaşdırılması,
nəzarət və tənzimlənmə;