Mühasibat uçotu A.H.Əliyeva
159
lakin onların formalaşması və həyata keçirilməsi prosesi
qəbul olunmuş qərarlar dövründə müəyyən edilmiş daxili
tələblərə uyğun olmalıdır.
Operativ idarəetmə qərarlarının
qəbul edilməsi üçün
aşağıdakı tələbləri ödəyən təqribi informasiyalardan
istifadə etmək olar:
* Ünvanlıq - istehsaldaxili informasiya konkret idarə
edənə təqdim edilməlidir.
* Operativlik - vaxtında düzgün qərar qəbul etmək
üçün əhəmiyyətli informasiya dərhal təqdim edilməlidir.
* Kafilik - idarəetmə qərarlarının
qəbul edilməsi
üçün lazımi həcmdə informasiya təqdim olunur.
* Analitikliyi - struktur bölmələrin fəaliyyətinin
nəticəsini daha düzgün və dürüst əks etdirmək məqsədilə
idarəetmə uçotunun tərkibində informasiya toplanır,
qruplaşdırılır, öyrənilir
və müəssisənin mənfəət
alınmasında iştirakı hissəsi müəyyən edilir.
* Yararlılığı - tərkibində müəssisənin işinin obyektiv
qiymətləndirilməsinə və risk potehsialı sferasına dair
informasiyalar menecerin diqqətini cəlb etməlidir.
*Faydalılığı - idarəetmə üçün onun məlumatları
qiymətlidirsə
idarəetmə
uçotunun
aparılması
məqsədəuyğundur.
İdarəetmə uçotu ayrı-ayrı bölmələrin fəaliyyətinin
nəticələri, ayrı-ayrı məhsul, iş, xidmət növləri haqqında
informasiyanı özündə əks etdirərək idarəetmə qərarlarının
qəbul edilməsi üçün daha uyğun gələn daxili qaydalar üzrə
aparılır.