Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə98/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
160 
 
İdarəetmə uçotunda ən sadə üsul sintetik mühasibat 
uçotuna yazılışların ümumi yazılış sistemində məhsul 
istehsalına xərclərin əks etdirilməsidir.
Müəssisə analitik uçotun təşkilinin bütün konkret 
məsələlərini özü sərbəst olaraq xərc maddələri, xərc 
obyektləri və digər xərclərin ayrılması prinsipi üzrə həll 
edir. Analitik uçot əsasən metodik göstərişlərlə - hər bir 
sahədə 
planlaşdırma, 
uçot 
və 
kənd 
təsərrüfatı 
məhsullarının (işlərin, xidmətlərin) maya dəyərinin 
kalkulyasiya edilməsi tövsiyələrinə uyğun olaraq təşkil 
edilir.
İdarəetmə uçotunun təşkilinin avtomatlaşması aktiv-
lərin faktiki vəziyyəti, gəlirlər, xərclər, pul vəsaitləri haq-
qında informasiyaların rəhbərlik tərəfindən dərhal alınma-
sına imkan verir. 
12.2. İdarəetmə uçotunun obyektləri, metodları və 
prinsipləri 
 
Idarəetmə uçotunun predmeti
- bütünlükdə müəssi-
sənin istehsal fəaliyyəti və onun ayı-ayrı struktur bölmə-
ləridir. 
İdarəetmə uçotunun obyektləri
-
müəssisənin və 
onun ayrı-ayrı struktur bölmələrinin xərcləri (cari və əsas), 
istehsal-təsərrüfat fəaliyyətinin nəticələri, daxili qiymət-
əmələgəlmə, nəzərdə tutulan transfer qiymətlərdən isti-
fadə, büdcə planlaşdırılması və daxili hesabatdır. 
İdarəetmə uçotunun metodları
– müəssisənin infor-
masiya sistemində idarəetmə uçotunun obyektlərini əks et-
dirən üsullardır. 


Mühasibat uçotu A.H.Əliyeva 
 
161 
 
İdarəetmə uçotunda tətbiq olunan metodlar:
müqayisə, riyazi, indeks, iqtisadi təhlilin üsulları, maliyyə 
uçotunun metodunun elementləri (sənədləşmə, ikili qeyd, 
hesabların qruplaşdırılması, hesabat) və qəbul olunan 
qərarların səmərəliliyinin qiymətləndirilməsinin başa 
çatdırılması.
Bu aşağıdakı elementlərdən ibarətdir: sənədləşmə,
inventarizasiya, qiymət, qruplaşdırma və ümumiləşdirmə, 
nəzarətedici 
hesablar, planlaşdırma, normalaşdırma, 
limitləşdirmə, təhlil və nəzarət. 
Sənədləşmə -
idarəetmə uçotuna tam təminat verərək 
müəssisənin istehsal fəaliyyəti informasiyalarının ilkin 
sənədlər və kompüterdə əks etdirilməsidir. 
İnventarizasiya
– obyektin faktiki vəziyyətinin uçot 
məlumatları ilə müqayisə edilərək kənarlaşmanın (uçota 
alınmamış qiymətlilərin, itkinin, əskik gəlmənin, oğurluq-
ların) müəyyən edilməsidir. 
Qiymətləndirmə -
informasiyaların pul, natura, əmək 
ölçü vahidində göstərilərək təxmini qiymətləndiril-
məsidir. 
Qruplaşdırma və ümumiləşdirmə
- effekt məqsədilə 
nəzarətedici hesablardan istifadə olunaraq informasiyala-
rın müəyyən əlamətlər üzrə toplanaraq sistemə salınma-
sıdır. 
Nəzarətedici hesab
- maliyyə və idarəetmə uçotunu 
əlaqələndirən yekun hesab olmaqla uçot yazılışlarının tam 
və düzgün aparılmasına imkan verir.
Planlaşdırma 
– müəssisənin imkanlarına uyğun ola-
raq gələcək problemlərin həllilə əlaqədar alternativ qərar-
ların seçilməsi prosesidir.



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin