Mülki müdafiə
167
qapalı mühitdə istifadə edilirkən orada
olan digər insanlara da
mənfi təsir edir. Hesablamalar görə, bir saat tütün istifadə
olunan
otaqda qalarsa, o sanki 4 siqaret çəkmiş (passiv
istifadəçi) kimi olur. Həmin insanlarda nikotin zəhələnməsi
əlamətləri əmələ gəlir: baş ağrısı, mədə bulanması, arıqlama
baş verir.
NARKOMANİYA
(«yunanca – yuxu, bihuşluq, mania –
cəzb etmə, ağılsızlıq») - narkotik vasitələrdən
istifadə etdikdə
yaranan xroniki xəstəlikdir.
NARKOMANİYA – sosial təhlükəli psixi xəstəlik olub,
əsası bu və ya digər kimyəvi birləşmələr qəbul etmək yolu ilə
mərkəzi sinir sistemində «komfort sahəsi»ni
süni olaraq
stimullaşdırmaq üçün (şövqləndirməklə) fərdin (şəxsin)
qarşısıalınmaz cəhd göstərməsidir (şəkil 46).
Şəkil 46. Narkotik maddədən istifadə
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün
təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan
Mülki müdafiə
168
fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və
təfəkkürü pozur, həyata siyasi proseslərə qarşı laqeydlik
yaradır.
Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına
və fiziki gücün tükənməsinə gətirib çıxarır.
Orqanizmin
zəhərlənməsi daxili orqanların-qara ciyər və böyrəyin
zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş
yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə
qan vasitəsilə daxil olur və vena
vasitəsilə qəbul olunan
narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez
yoluxurlar.
Azərbaycanda
daha geniş istifadə olunan
narkotiklər, tiryək, heroin, çətənə, həşiş, kokain və LSD-dir.
Dostları ilə paylaş: