248
OKTAY SALAYEV, RÖVŞƏN QULİYEV,
ŞAHMURAD MƏMMƏDOV, İSMAYIL SƏFİYEV
HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
Dərslik
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu
nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək,
surəti çıxartmaq, elektron informasiya vasitərləri ilə yaymaq
qanuna ziddir. Bu dərsliklə bağlı irad və təkliflərinizi
kosmos-
190@mail.ru
elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
Naşir: Valeh Mayılov
Dizayner: Vahid Zahidoğlu
Texniki redaktor: Aygün Hüseynova
___________________________________________
Yığılmağa verilmişdir: 25.09.2019.
Çapa imzalanıb: 25.09.2019
Hesab – nəşriyyat həcmi. Fiziki çap vərəqi 15, 5.
Formatı 60x84 1/16. Səhifə 248. Ofset kağızı. Ofset çapı.
Tiraj 300 nüsxə, Qiyməti müqavilə ilə.
"MSV NƏŞR" mətbəəsində çap olunmuşdur.
Tel.: +994 55 640 00 94
+994 12 539 54 69
Document Outline - § 16. ELEKTRİK TƏHLÜKƏSİZLİYİ
- § 30. İLK TİBBİ YARDIMIN MAHİYYƏTİ
- İlk tibbi yardım göstərən şəxs zədələnmiş insanın həyatını xilas etmək üçün müstəqil surətdə və cəlq qərara gəlməlidir. İlk növbədə zədələnmiş insan üçün daha qorxulu olan və ya onun həyatını təhlükə altına salan səbəb aradan qaldırılmalıdır.
- Zədələnmə ocağındakı mürəkkəb şəraitdə ilk tibbi yardım göstərmək üçün sarğı materialı – tənzif, bint, cürbəcür yanığa qarşı xüsusi sarğı, pambıq, habelə qanaxmaları dayandırmaq çünü turna, sınıqları, çıxıqları, əzilmiş yerləri immobilizasiya10 et...
- Yaralanma zamanı ilk yardım. Zədələnmə ocağında baş verən zədələnmələr arasında çoxlu yaralanma halları - əzilmə, parçalanma, kəsilmə, deşilmə, çırılma, dişləmə və s. növləri var.
- Yara – orqanizm dərisinin və selikli qişaların bütövlüyünün hər cür pozulmasına deyilir ki, bu zaman adətən dərindəki toxumalar-əzələlər, sümüklər, daxili orqanlar da zədələnir. Yaranın əlamətləri: ağrı, qanaxma və yaranın ağzıdır.
- Yaralanma zamanı göstərilən ilk yardım qanaxmanın dayanmasını, açıq yara yerinin sarğı ilə örtülməsini, zədələnmiş sahənin rahatlığı üçün bu yerin immobilizasiya (tərpənməz) halına salınması təmin edilməlidir.
- Qəza vəziyyətində ilk yardım çantalarından istifadə olunmalıdır.
- Yardım çantasında olmalıdır : (şəkil 61)
- - üçkünc sarğı bezlərı;
- - rulonlu sarğı bezlərı;
- - sterıl qazlı bezlər;
- - pambıq;
- - yara bandları;
- - boyunluq;
- - turna jqutu;
- - antıseptık məhlullar;
- - ağrı kəsıcı;
- - sancaq;
- - qayçı;
- - fənər.
- Şəkil 61. İlk yardım çantası
- Lakin çox zaman qəza zamanı əl altında yardım çantaları və tibbi vasitələr olmur.Belə halda əl altında olan vasitələri tibbi vasitələr kimi istifadə etmək olar . Müxtəlif hallarda ilk yardım göstərmək üçün aşağıdakı müxtəlif üsullardan istifadə etmək ...
- § 31. QANAXMANIN NÖVLƏRİ VƏ İLK TİBBİ YARDIM QAYDALARI
- Qanaxma — hər hansı travma zamanı qan damarlarının zədələnməsidir. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. Qanaxmanın müvəqqəti dayandırılması zədələnmiş insanı xilas edərkən görülən vacib işlərdən biridir və güclü qanaxmalar zamanı il...
- Xarici qanaxma hallarında – qan dərinin səthinə axıb tökülərkən, zədələnmiş damarın növünə görə qanaxmanı aşağıdakı qruplara ayırmaq olar: (şəkil 62)
- - Kapilyar qanaxma: Qan zədələnmiş ən xırda damarlardan yavaş-yavaş və damcılarla axar. Yaranın üzərinə sarğı qoymaqla qanı dayandırmaq lazımdır.
- - Venoz qanaxma: Tünd qırmızı qan şırnağı yaradan durmadan axır. Qanaxmanı dayandırmaq üçün bədənin yaralanmış hissəsini yuxarıya qaldırılır, sıxıcı sarğı ilə möhkəm sıxıb bağlayırlar. İri damarlar zədələndikdə qanaxmaya turna qoymaqla dayandırmaq laz...
- - Arteriya qanaxma: Al-qırmızı qan şırnağı yaradan, nəbz ritminə uyğun axır. Arteriya damarına sıxıcı sarğı, turna, burmac qoymala qanaxmanı dayandırmaq mümkündür. Xırda arteriyalardan qanaxmanı, həmçinin sıxıcı sarğı sarımaqla dayandırmaq olar. Bu mə...
- Şəkil 62. Xarici qanaxma növləri
- Qanaxmanı dayandırmaq üçün turnadan istifadə etmək lazımdır. Turna rezindən və ya möhkəm parçadan ola bilər. Rezin turna uclarında zəncir və qarmaq olan 1,5 m uzunluqda elastik yoğun rezin borucuqdan və ya lentdən ibarətdir. Yaralanmış insana turna qo...
- Turna olmadıqda əlaltı vasitələrdən (kəndir, dəsmal, bint, ip, qayış və s.) istifadə etməkləburmac qoymaq olar. Burmac ətraflara halqa kimi sarınmalıdır ki, onun altına dörd barmaq sərbəst keçə bilsin. Sonra bu sarğının altına çubuq keçirilməklə q...
- Şəkil 63 . Qola burmac qoyma vasitəsilə qanaxmanın dayandırılma qaydası
- Xüsusi olaraq qeyd etmək lazımdır ki, turna (burmac) ən çoxu 1,5-2 saat müddətinə, soyuqda və radiasiya zədələnmələri zamanı isə 1 saat müddətinə qoyulur, əks halda bədənin toxumaları solğunlaşıb məhv ola bilər. Ona görə də turnanın və burmacın qoyul...
- Əgər turna və ya burmac qoyulan andan 1-2 saatdan çox vaxt keçibsə, turnanı ətraflarda hissiyyat bərpa olunanadək boşaltmaq lazımdır. Turnanı ehtiyatla boşaltmaq lazımdır. Turna tam boşaldıqdan 5-10 dəqiqə sonra qanaxma yenidən başlamasa, onu dayanmı...
- Qanaxması dayandırılmış xəstələr nəqliyyat vasitəsilə ehtiyatla xəstəxanalara çatdırılmalıdır. Çünki, təkan və silkələnmə baş versə qanaxma yenidən başlaya bilər.
- § 32. SÜMÜK SINMASI VƏ OYNAQ ÇIXINTILARI ZAMANI İLK TİBBİ YARDIM.
- Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər bədbəxt hadisələr nəticəsində bədənin müxtəlif sümükləri sına bilər.
- Sümüyün bütövlüyünün pozulmasına sınıq deyilir. Ətrafların (qol və qıçların) sümükləri sındıqda bunlar sağlam ətraflara nisbətən öx formasını dəyişir, sınıq yerində kəskin ağrı hiss edilir, sınıq ətrafı tərpətdikdə isə ağrı daha da kəskinləşir. Sınıql...
- Şəkil 64. Bud sümüyünün oynaq sınığı
- § 33. DONVURMA ZAMANI İLK TİBBİ YARDIM
- Zədələnmiş insanlar üçün ilin soyuq fəslində soyuqdəymə və donma qorxusu da yarana bilir. İnsana soyuqdəymənin əlamətləri – titrəmə, yuxuculuq, laqeydlik və əzələlərin keyləşməsi nəticəsində hərəkətin çətinləşməsidir. Əgər ilk yardım tədbirləri görülm...
- Güclü soyuqdəymə zamanı ilk yardım – insanı tədricən qızındırmaqdan, yun parça ilə bədəni ovxalamaqdan, isti çay, kofe və ya 100-150 qr araq içirtməkdən ibarətdir.
- Donma zamanı insanın dərisi avazayır (ağarır), donan yerlər keyləşir (hissiyyatı itirir), sonra şişir və suluqlar əmələ gəlir. Şişmə yaranana qədər donma yerini hissiyyata gətirənə qədər əllə, təmiz əlcəklə, yun parça ilə, tənzif tamponla ovxalayı...
- Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona adətən bədənin açıq yerləri- burun, qulaq və ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Dar və ya nəm ayaqqab...
- Donvurma səthi və dərin ola bilər. Yanıqdan fərqli olaraq donvurmanın dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, z...
- Şəkil 66. Donvurma zaman ayaq barmaqlarının vəziyyəti
- Donvurma zamanı ilk tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır.
- Zərərçəkənin xəstəxanaya çatdırılması gecikdikdə zərərçəkən isti yerə aparılmalı, ayaqqabıları və əlcəkləri çıxarılmalı, donmuş nahiyə normal rəng almırsa, zədələnmiş nahiyə ehmalca 20 dərəcə olan suya salınır. Təxminən 10 dəqiqə ərzində suyun tempera...
- Əgər isti su yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar.
- Bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə is...
- Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti ...
- Kəskin soyuq zamanı düzgün qidalanmaq, quru və isti geyinmək lazımdır. Hava soyuq olanda yun və xəz paltardan istifadə etdikdə bədən və paltar arasında isti hava qatı yaranır. Sıx toxunmuş lifləri olan çoxqatlı paltar orqanizmin ətrafındakı isti havan...
- İşə getməzdən əvvəl, iş vaxtı və işdən sonra çoxlu maye içmək lazımdır. Uzun müddət soyuqda qalanda əllərin şişərək göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək, ağrılar olduqda fəal şəkildə tərpətmək lazımdır.
- § 34. ZƏHƏRLƏNMƏDƏ İLK TİBBİ YARDIM
- Zəhərlənmə - orqanizmə zəhərlərin təsiri nəticəsində əmələ gələn patoloji vəziyyət. Zəhərlənməyə pis keyfiyyətli ərzaq və zəhərli bitkilər, məişətdə və istehsalatda tətbiq edilən müxtəlif kimyəvi maddələr, dərman preparatları və s. səbəb ola bilər. Zə...
- Bütün zəhərlənmə hallarında təxirəsalınmaz yardım zamanı
- aşağıdakı tədbirlər görülür:
- - orqanizmdən zəhər olduqca tez kənar edilir;
- - orqanizmdə qalmış zəhər padzəhər (antidotlar) vasitəsilə zərərsizləşdirilir;
- - tənəffüs və qan dövranının pozğunluqları ilə mübarizə aparılır.
- Zəhər ağızdan düşdükdə zəhərlənmənin baş verdiyi yerdə (evdə, istehsalatda) mədəni dərhal yumaq lazımdır, bağırsaqların da təmizlənməsi tövsiyə edilir ki, bu məqsədlə işlətmə dərmanı vermək, imalə etmək olar. Zəhər dəriyə və ya selikli qişaya düşdükdə...
- Qida maddələri ilə zəhərlənmə qidalanmadan bir neçə saat sonra kəskin surətdə başlayaraq - ürək bulanması, bərk zəiflik, pis vəziyyət, qarınüstü nahiyədə köpmə və ağrı hiss edilir, çox keçmədən bol qusma baş verir və bu, xəstənin vəziyyətini bir qədər...
- Eyni zamanda qarında sancı şəklində ağrılar baş verə bilər. Çox vaxt temperatur yüksəlir, başağrısı və bütün bədəndə ağrı hiss olunur. (şəkil 67)
- Təxirəsalınmaz yardım mədənin qida qalıqlarından tamamilə təmizlənənə, saf su çıxana qədər yoğun zondla yuyulması ilə başlanır.
- Şəkil 67. Qida zəhərlənməsi.
- Xəstə qusduqdan sonra ona qarın işlətmə duzları (400 - 500 ml suda 20 - 30 q maqnezium-sulfat və ya natrium sulfat) içirdirlər. Xəstəni yataqda uzadıb qarnına isitqac qoymaq lazımdır. Ağrılar olduqda 5-7 damcı 0,1 %-li atropin-sulfat və ya 0,015 q xan...
- Eyni zamanda venaya 10 - 12 ml 10 %-li natrium xlorid məhlulu yeridilməlidir. İntoksikasiya və susuzlaşma simptomlarının kollaps əlamətləri ilə birləşməsi, hökmən damcı üsulu ilə venaya mayelərin (5 %-li qlükoza ilə birlikdə natrium-xlorid izotonik mə...
- Qida maddələri ilə zəhərlənmə hallarında əvvəlinci 1 - 2 gün ərzində xəstə yeməkdən çəkinməlidir, bu zaman ona ilıq çay vermək olar. Sonralar isə həkimin göstərişi üzrə qidalanma rejimi tədricən genişləndirilir.
- Məişət zəhərlənmələri, Alkoqol. Ondan sui-istifadə edilməsi-məişət zədələnmələrinin ən çox təsadüf olunan səbəbidir. Alkoqolla (narkoz zəhəri ilə) zəhərlənmə zamanı şüurun koma dərəcəsinə qədər pozulması müşahidə edilir. Bu zaman ağızdan və qusuntu kü...
- Təxirəsalınmaz terapiyaya yoğun zond vasitəsilə mədənin yuyulması, parçalanan alkoqol maddələrinin neytrallaşdırılması üçün dərialtına kofein (1 - 2 ml 20 %-li məhlulu) yeridilməsi, habelə venaya təzəcə hazırlanmış 400 - 600 ml 4 %-li natrium-bikarbon...
- Arterial təzyiqin aşağı düşməsi və susuzlaşma zamanı venaya 1-2lnatrium-xlorid izotonik məhlulu və ya 5 %-li qlükoza məhlulu yeridilməlidir.
- Alkoqol koması halında olan xəstənin dilinin dala əyilib içəriyə düşməsinin qarşısını almaq üçün alkoqol koması vəziyyətində olan xəstənin dilinə dil tutqacı qoyulmalıdır (şəkil 68).
- Şəkil 68. Alkoqol koması
- Karbon 2 - oksid dəm, işıq və generator qazlarını tərkibində olur. Zəhərlənmə mərkəzi sinir sisteminin zədələnmə simptomları ilə xarakterizə olunur. Bu simptomlar - qulaqlarda küy, başağrısı, başgicəllənməsi, ürək bulanması, qusma, bərk zəifləmə, şüur...
- İlk yardım: zərərdidəni xarab olmuş havadan dərhal uzaqlaşdırmalı, oksigen, karbogen inhalyasiyası, göstəriş olduqda süni tənəffüs, o cümlədən aparat vasitəsilə süni tənəffüs keçirilməlidir.
- Bu zəhərlənmənin antidotu metilen abısıdır. Onu xromosmon preparatı ilə (metilen abısının qlükozada hazırlanmış və ampullara tökülmüş məhlulu) 50 - 100 ml miqdarında venaya yeridirlər.
- Sirkə essensiyası. Sirkə essensiyası içilməsi nəticəsində ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, mədənin selikli qişasının yanığı və ümumi intoksikasiya baş verir. Yanıq udma aktının pozulması, ağızda və qida borusu yolunda bərk ağrı ilə müşayiət ...
- Təxirəsalınmaz yardım mədənin yuyulması ilə başlanır. Bu tədbir ancaq assensiya qəbul edilməsindən sonrakı ilk 1 - 2 saat ərzində (adətən, zond işlədilmədən) keçirilməlidir. Mədənin yuyulması üçün ən yaxşı vasitə 2 %-li natrium-bikarbonatdan (içməli s...
- Fosfor - üzvi birləşmələr (xlorofos, tiofos, karbosof və s.). Bu maddələrin istehsalatda və məişətdə geniş tətbiqi onlarla zəhərlənmə hadisələrinin artmasına səbəb olur. Zəhərlənmə simptomları, bir qayda olaraq, zəhərlə təmasdan sonrakı birinci saat ə...
- Təxirəsalınmaz tədbirlər: mədəni yoğun zondla yuyur, sonra qarın işlədici duzlar verir, təmizləyici imalə, qoyulur. Tənəffüsün pozulması ilə birlikdə koma baş verdiyi zaman - süni tənəffüs keçirilir. Sorulmuş zəhərin kənar edilməsi üçün sürətləndirilm...
- Şəkil 69. Dərman zəhərlənməsi zamanı ilk yardım.
- Barbituratlarla zəhərlənmə hallarında yataq yaraları və pnevmoniyaların erkən qarşısı alınması xüsusilə çox əhəmiyyətlidir.
- Atropin (xanımotu, belladonna, belloid, bellaspon və s.). Tərkibində tropin olan dərman preparatları və bitkilərlə (xanımotu, batabat, dəlibəng ilə) zəhərlənmə zamanı bəbəklərin genəlməsi və görmə pozğunluğu, ağızda bərk quruluq, ürək döyünməsi, üzün ...
- Təxirəsalınmaz yardım tədbirləri: mədənin fəallaşdırılmış kömür (karbolen) əlavə edilmiş su ilə yuyulması, dəri altına 1 ml 0,05 %-li prozerin məhlulu yeridilməsinin təkrarlanması, həyəcanlanmanı və qıcolmaları aradan qaldırmaq üçün əzələyə 2 ml 2,5 %...
- § 35. YARALAR
- Yara - mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır.
- Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir.
- Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi.
- Yaraların təsnifatı. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur.
- Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar.
- Məqsədyönlü yaralar - özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
- Tibbi yaralara - cərrahi kəsiklər zamanı törənən yaralar aiddir. Bu yaralar müalicə və diaqnostik məqsəd üçün aseptik şəraitdə, tam ağrısızlaşdırma və ciddi hemostazla törədilir. Əməliyyat qurtardıqdan sonra yara səthi qat-qat tikilir və bütün anatomi...
- Kriminal yaralar - müxtəlif zəmində digər insan tərəfindən qəfil törədilən yaralardır. Özünəqəsd yaraları - insan öz bədənində intihar məqsədilə (ölmək) törədir.
- Zədələnmiş toxumaların xüsusiyyətindən, zədələyici alətin növündən və quruluşundan asılı olaraq yaralar aşağıdakı növlərə: kəsilmiş, deşilmiş, əzilmiş, cırılmış, didilmiş, çapılmış, dişlənmiş, zəhərlənmiş, odlu silah, müştərək, qarışıq (kombinə) və s....
- Odlu silah yaraları - öz yerli anatomik quruluşuna və infeksiyalaşma dərəcəsinə görə digər yara növlərindən fərqlənir. Bütün soyuq silah yaralarında iki zədələnmə məhəlləsi olur: yara kanalı və kanal boyu toxumaların travmatik nekrozu.
- Odlu silah yaraları çox vaxt müştərək xarakterli olur. Yüksək kinetik enerjiyə malik güllə iki boşluğu deşib keçir (müştərək köks və qarın yaralanması), sümükləri, iri damar-sinir dəstəsini parçalayır. Toxumalarda müqavimətə rast gəldikcə güllə istiqa...
- Yaralar mikrobların keçməsi, çoxalması və kliniki gedişinə görə 3 qrupa: aseptik, infeksiyalaşmış, irinli yaralara bölünür. Bu təsnifatın müalicə taktikası üçün əhəmiyyəti böyükdür.
- Yaralar quruluşuna görə: sadə və mürəkkəb olurlar.
- Sadə yaralar - dəri, dərialtı və əzələlərin zədələnməsi ilə məhdudlaşır. (şəkil 70)
- Şəkil 70. Sadə yara
- Mürəkkəb yaralar - dərin toxumalarda yerləşən sümük, sinir, damar dəstəsinin və yaxud bədən boşluqlarında (döş, qarın) yerləşən üzvlərin zədələnməsi ilə müşahidə olunur. Mürəkkəb yaraların düzgün diaqnoz qoyuluşu və müalicəsi müəyyən çətinliklərlə müş...
- Yara kanalının bədən boşluqlarına münasibətinə görə - yaralar daxilə keçən (nüfuz edən) və keçməyən (nüfuz etməyən) olmaqla iki yerə bölünür.
- Yaralar yerləşməsinə görə bədənin müxtəlif nahiyələrində - başda, boyunda, sifətdə, gövdədə, döş, qarın nahiyəsində, yuxarı və aşağı ətraflarda ola bilər.
- Yaralar sayına görə tək və çox olur. Çoxsaylı yaralar bədənin müxtəlif nahiyələrinə səpələnir.
- Qarışıq-kombinə olunmuş yaralar - mexaniki və digər yollarla törənmiş yaralara başqa amillər təsir göstərərsə (yüksək hərarət - yanıq, aşağı hərarət - donma, kimyəvi və radioaktiv maddələr) belə yaralar qarışıq-kombinə olunmuş yaralar adlanır.
- Yaranın sağalması 3 mərhələdə gedir: iltihab mərhələsi, yaranın yaşama qabiliyyətini itirilmiş toxumalardan təmizlənməsi, regenerasiya. Yaranın sağalması iki quruluşda tamamlanır: regenerasiya və reparasiya (şəkil 71).
- Şəkil 71. Yaranın sağalma mərhələsi.
- Sağalması üçün yara səthində 3 əsas proses gedir:
- Fibroblastların kollageni əmələ gətirməsi - makrofaqlar tərəfindən aktivləşdirilmiş fibroblastlar zədələnmiş toxuma səthinə keçir və fibronektinin iştirakı ilə fibrilyar quruluşlarla birləşir, hüceyrəarası birləşmələri - toxuma matriksini və o cümlədə...
- İltihab məhəlləsində katabolik dəyişikliklər anabolik dəyişiklikləri üstələyir, regenerasiya mərhələsində isə anabolik dəyişikliklər güclənir.
- Toxumaların çatışmaması - fibroblastların hasil etdiyi kollagen çatışmayan toxumaların yerini doldurub, əmələ gələn çapığı möhkəmləndirir.
- Yara səthinin epitelizasiyası - yara kənarlarından hər tərəfdən epiteli hüceyrələri bölünərək çoxalır və yara səthinə doğru yayılır. Yara səthini tam örtən epitel örtüyü mikrobların zədələnmiş toxumaya sonrakı daxil olmasının qarşısını alır. Epitel ör...
- Yara səthindəki bu dəyişikliklər müəyyən ardıcıllıqla gedir və yaranın sağalma mərhələlərini təşkil edir.
- Yaranın sağalması. Bu prosesdə fermentlər və qanın formalı elementləri mühüm rol oynayır. Artıq birinci gündən başlayaraq yara ətrafı toxumalarda və eksudatda leykositlər, 2-3 gündən sonra isə limfositlər və makrofaqlar peyda olur.
- Neytrofil leykositlər - mikrobları, həyat qabiliyyətini itirmiş hüceyrələri, yara möhtəviyyatını faqositoza uğradır, daha doğrusu, hüceyrə xarici proteolizi gücləndirir, nekrozlaşmış toxumanı əridir və iltihabın mediatorlarını ifraz edir.
- Yara səthində olan makrofaqlar - fermentlər hasil etməklə bərabər, leykositlər tərəfindən hissəvi məhv edilmiş nekrotik toxumaları, məhv olmuş neytrofil leykositləri, bakteriyaların parçalanma məhsullarını faqositoza uğradır və ümumi reaksiyalarda da ...
- Yara prosesinin fəsadsız gedişində 5-6 günə qədər iltihabi proseslərin çox hissəsi sönür və sağalmanın növbəti regenerasiya mərhələsi başlayır.
- Regenerasiya mərhələsi - bu mərhələ yaralanmanın 6-14 gününə qədər davam edir.
- Yarada iki əsas dəyişiklik baş verir. Yara səthi kollagen toxuma ilə örtülür və yeni qan-limfa damarları əmələ gəlməyə başlayır. Yara səthində neytrofillər azalır, onların yerini fibroblastlar tutur.
- Fibroblastlar - birləşdirici toxuma hüceyrəsi olub, hüceyrədaxili matriksin makromolekullarını hasil və ifraz edir. Bundan başqa, onlar sitokininlər hazırlayır. Fibroblastların əsas böyümə amili İL-2 reseptorlara malikdir. Yaraların sağalmasında fibro...
- Eyni zamanda yara səthində qan və limfa axını yaxşılaşır, bununla da, oksigenə çox ehtiyacı olan fibroblastların qidalanması təmin olunur. Kapillyarların ətrafına toplanmış nəhəng hüceyrələr onların proliferasiyasına yardım edir.
- Yarada gedən biokimyəvi dəyişikliklər - toxuma turşuluğunun azalması, kalsium ionlarının artması, kalium ionlarının azalması və mübadilənin zəifləməsi müşahidə olunur. İltihab prosesi sönür, ifrazat azalır və ödem çəkilir.
- Yara səthində çapıq toxumasının əmələ gəlməsi və formalaşması - bu mərhələ yara əmələ gələndən 15 gün keçdikdən sonra başlayıb, 6 aya qədər davam edir. Tədricən fibroblastların və digər hüceyrələrin sintetik aktivliyi dayanır. Əsas dəyişikliklər yara ...
- Yara prosesinin başlandığı vaxtdan tam sağalana qədər yarada gedən keyfiyyət və kəmiyyət dəyişikliyinə baxmayaraq, sağalma prosesi 3 növ olur: yaranın birincili, ikincili və qartmaq altında sağalması.
- Yaraların qartmaq altında sağalması. Kiçik yara səthləri (dəridə sıyrıntı, epidermisin qopması, yanıq) qartmaq altında sağalır. Qartmaq altında sağalmanın mahiyyəti yara səthinə sızan qan, limfa, toxuma mayesinin, suyunu itirib qurumasından, zülalları...
- Yaraların sağalması zamanı müxtəlif fəsadlar meydana çıxa bilər:
- Qanaxma, шnfeksiyanın inkişafı, yara kənarlarının aralanması.
- Yaraların müalicəsi. Yaraların müalicə prinsipləri eyni qaydada aparılır.
- İlk yardım zamanı üç əsas şərtə mütləq əməl olunmalıdır: müşahidə olunan kəskin tənəffüs çatışmazlığının aradan götürülməsi, qanaxmanın dərhal dayandırılması və yaranın infeksiyadan mühafizə olunması.
- Aseptik yaralar bir neçə günə tamamilə sağalır. Yaraların sağalma müddəti onların yerləşdiyi nahiyədən, yerli qan dövranının vəziyyətindən asılıdır: baş, sifət və boyunun yumşaq toxumasının yarası 3-5; bazu, said, əlin yaraları 6-7; köks və qarın yara...
- Təzə infeksiyalaşmış yaraların müalicəsi
- İnfeksiyalaşmış yaranın təmizlənməsi və qısa müddətdə sağalması üçün yara birincili işlənməlidir.
- Yaranın qat-qat tikilməsi - kiçik, səthi, az çirklənmiş, sifətdə, boyunda, çiyin qurşağında və yuxarı ətraflarda olan kəsilmiş, deşilmiş yaralara birincili tikiş qoyulmalıdır.
- Yara dibində drenaj saxlanılmaqla yaranın tikilməsi - geniş yara səthi, yaraların irinləməsi ehtimalı olarsa, baldırda və pəncədə yerləşərsə, yaranın işlənməsi 6-12 saat sonra icra edilərsə, yaranın sağalmasına mənfi təsir göstərə biləcək yanaşı xəstə...
- Yaranı tikmək olmaz - 24-48 saatdan sonra, dişlənmiş, çox geniş cırılmış, didilmiş və əzilmiş, torpaqla örtülmüş yara, yanaşı xəstəliklər olanlarda, baldırda və pəncədə yerləşən yaralarda və odlu silah yaralarında yaranın səthi açıq saxlanılmalıdır.
- Yaranın birincili işlənməsinin növləri - Yara törədildiyi andan birincili işləməyə məruz qaldığı vaxta qədər müddət nə qədər qısa olarsa yaranın birincili işlənməsi və qat-qat tikilməsi ehtimalı daha yüksək olur.
- § 36. İSTİVURMA VƏ GÜNVURMA ZAMANI İLK TİBBİ YARDIM
- Havanın temperaturunun yüksək olması bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur.
- Günvurma orqanizmin ətraf mühitin yüksək temperaturuna patoloji reaksiyasıdır.
- Günvurma uzun müddət, xüsusilə də saat 12-18 arası günəş şüaları altında qaldıqda baş verir. İsti havalarda uzun müddət günəş altında dayanmaq məsləhət görülmür. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqla...
- Əgər günvurma halı baş veribsə, zərərçəkənə ilk tibbi yardım edilməlidir. Əks halda xəstə komaya da düşə bilər. Belə bir halda ilk yardımın göstərilmə prinsipləri həyata keçməlidir. Yəni zərərverici amilin orqanızmdən aradan qaldırılmasıdır. Buna görə...
- Başa və bədənə nəm dəsmal qoyulmalıdır. Bu situasiyadan sonra dərhal həkim çağırılır və xəstə yaxınlıqdakı həkim məntəqəsinə aparılmalıdır. Bundan sonra peşəkar, ixtisaslaşdırılmış həkimlər tərəfindən yardım göstərilir. Orqanizmdə termorequlyasiya mər...
- Bədən temperaturunun yüksəlməsi orada biokimyəvi proseslərin pozulmasına, zülalların dağılmasına gətirib çıxara bilər. İstivurma ölümlə də nəticələnə bilər. Yəni bu tronbozlarla, ürək fəaliyyətinin dayanması ilə, beyinə qan sızması ilə müşahidə edilə ...
- İlk yardım qaydası. Günvurma zamanı ilkin tibbi yardım kimi zərərçəkəni kölgəyə və sərin otağa aparmaq, geyimini yüngülləşdirmək lazımdır: Bundan əlavə onun bədən hərarətini aşağı salmaq üçün libası su ilə isladılmalıdır. Zərərçəkənə soyuq su verin, ü...
- Şəkil 72. Zərəçəkənə sırin hava vurulması.
- Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres qoyun. Huşunu itirdiyi halda zərərçəkənə naşatır spiriti iylətmək, tənəffüs olmadıqda isə süni tənəffüs ve...
- İstivurma ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır.
- İstivurma təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir. Bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır...
- Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayırlar. Nəticədə istivurma yaranır. İstivurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə...
- İstivurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar; yaşlı insanlar, uşaqlar, körpələr; günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar; ürək problemi, şəkər xəstəliyi, digər xroniki xəstələyi olanlar...
- - zəiflik, qızarmış sifət;
- - baş ağrısı;
- - başgicəllənmə;
- - sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması;
- - təngnəfəslik, nəbzin tezləşməsi;
- - ağır hallarda bədən hərarətinin 40OC-dən artıq olması;
- Elektrik cərəyanı vuran insanın həyatını xilas etmək çox zaman zərərçəkəni vaxtında cərəyandan azad etməkdən və ilk tibbi yardımın düzgün göstərilməsindən asılıdır. Bu işdə yubanmaq, elektrik cərəyanı vuran adamın ölümü ilə nəticələnə bilər.
- Əgər elektrik cərəyanı vuran adam (zərərçəkən) hələ də gərginlik altındadırsa ilk növbədə onu elektrik cərəyanından azad etmək lazımdır. Bu zaman yadda saxlamaq lazımdır ki, elektrik gərginliyi altında olan adama təhlükəsizlik qaydalarına əməl etmədən...
- Şəkil 73. zərərçəkəni elektrik cərəyanından ayırma
- Bu zaman aşağıdakıları nəzərə almaq lazımdır:
- • əgər zərərçəkən hündürlükdədirsə, onun yerə təhlükəsiz düşməsi tədbirlərini görmək;
- • hadisə havanın qaranlıq vaxtı baş verərsə elektrik qurğuları söndürüldüyündən xəsarət alana köməklik göstərmək üçün başqa işıqlandırma mənbəylərindən
- • (fonar, şam, qəza işıqlandırması, akkumulyator fonarı və s.) istifadə etmək lazımdır.
- • Yadda saxlamaq lazımdır ki, yüksək gərginlikli xətləri (1000 voltdan yuxarı) söndürüldükdən sonra da xəttdə tok ola bilər.
- • Zərərçəkəni elektrik cərəyanından azad etmək üçün quru paltardan, ipdən taxtadan və başqa elektrik cərəyanı keçrirməyən əşyalardan istifadə etmək olar. Bu məqsəd üçün dəmirdən və yaş (nəm) əşyalardan istifadə etmək qadağandır.
- • Zərərçəkəni elektrik cərəyanından azad etmək üçün onun (zərərçəkənin) paltarından o vaxt tutub dartmaq olar ki, paltar quru və bədənindən aralı olsun.
- • Zərərçəkəni elektrik cərəyamnan azad etmək üçün köməklik göstərən adam əlinə dielektrik əlcək geyinməlidir. Əgər bu mümkün deyilsə əlcək yerinə şərfdən, pencəyin, paltonun ətəyindən istifadə etmək olar. Köməklik göstərən adam özünü qorumaq üçün ayağ...
- • Elektrik cərəyanı vuran adamı elektrik cərəyanından ayırmaq çətinlik yaradarsa cərəyan xəttini balta (sapı taxtadan və quru olmalıdır) və başqa izolyası olan kəsici vasitələrdən istifadə etməklə kəsmək lazımdır.
- • Zərərçəkəni yüksək gərginlikli (lOOOv yuxarı) cərəyandan azad etmək üçün köməklik göstərən adam əlinə dielektrik əlcək, ayağına isə rezin çəkmə geyinməli, bu gərginliyə hesablanmış vasitələrdən istifadə (ştanq və ya kəlbətin) etməlidir. Zərərçəkəni ...
- Şəkil 74. Yüksək görginlikli cərəyandan zərərçəkənin ayrılması.
- • Əgər zərərçəkən huşunu itiribsə, çətin nəfəs alırsa, nəbzi pis vurursa, onda onu düz və rahat yerə uzadmalı, yaxasını açmalı, onu təmiz hava axını ilə təmin etməli, naşatır spirti iylətməli, üzünə su səpməli və tam sakitlik yaradılmalıdır. Əgər zərə...
- İZAHLI LÜGƏT
- İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
- 2. Feyzullayeva T.Ə., Ələkbərova S.Ə., Məmmədova F.Ə. «Mülki müdafiə və tibbi biliklərin əsasları» dərs-vəsaiti, Bakı-2005
Dostları ilə paylaş: |