I BÖLMƏ
ƏMƏK MÜHAFİZƏSİ
Əmək mühafizəsi
9
§
1. ƏMƏK MÜHAFİZƏSİ ANLAYIŞI
Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər
normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi,
təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik
tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti
prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş
qabiliyyətinin qorunmasını təmin edir.
İşçilərin sağlamlığını qorumaq, təhlükəsiz əmək şəraitini
təmin etmək, habelə istehsalat zərərçəkmələrinin qarşısını
almaq məsələləri Dövlətin başlıca qayğılarından biri olmuş və
olmaqdadır. Əmək mühafizəsi qarşısında duran əsas məsələlər
müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitusiyasına
uyğun, qanunvericilik əsasları, Əmək Məcəlləsi xüsusi qayda
və normalar əsasında tənzim edilir. Əmək mühafizəsi üzrə
qanun Azərbaycan Respublikasında 1992-ci il dekabr ayında
təsdiq edilmişdir
Əmək mühafizəsi məsələlərinin düzgün həllində həmkarlar
təşkilatları mühüm rol oynayır, təsərüffat rəhbərləri onlarla
birlikdə əmək şəraitinin yaxşılaşdırılması sahəsində böyük
tədbirlər həyata keçirirlər.
İstehsal şəraitində insanlar tərəfindən görülən iş, sərf
olunan əzələ və zehni enerjilərinin qiyməti ilə təyin olunur. Bir
sıra hallarda zehni enerjisi əzələ enerjisindən çox sərf edilir.
Məsələn, kommunikasiya aparatları ilə distansion (uzaqdan)
idarəetmədə çox cüzi fiziki qüvvə tələb olunduğu halda,
elektrik şəbəkələrində mürəkkəb əməliyyatlar apardıqda böyük
zehni enerji sərf olunur. Əmək şəraitini düzgün təşkil
etmədikdə, adam tez yorulur, onun diqqəti azalır və xəsarət
almaq təhlükəsi artır.
Normal iş şəraitinin yaradılmasına əsas təsir göstərən
faktorlar: iş yerinin işıqlandırılması, havanın vəziyyəti (nəmlik,
|