İş təhlükəsizliyi
113
Sual və tapşırıqlar:
1. Kabellərin çəkilməsində təhlükəsizlik qaydaları
hansılardır? 2. Lehimləmə necə aparılır? 3. Hava
xətlərini çəkərkən hansı tədbirlər görülür? 4.
Kabellərin montajı necə aparılır?
§ 20. ƏMƏK MÜƏSSİSƏLƏRİNDƏ
TƏLİMATLANDİRMA
Müəssisədə ümumi təhlükəsizlik qaydalarını öyrətmək,
xüsusilə
də
istehsalatın
təhlükəsizlik
dərəcəsindən,
xarakterindən və işçilərin hazırki peşələri və dərəcələrindən
asılı olmayaraq bütün sexlərdəki
işçilərin təhlükəsizlik
qaydalarını aşılamaq, sexlərdəki işçilərin təhlükəsiz iş
metodları üzrə təlimatları təlqin etmək məqsədilə aparılır.
Əmək müəssisələrində aparılan təlimatlandırma giriş
təlimatı,
iş yerində ilkin təlimat, dövrü təkrar təlimat və
növbədən kənar təlimat kimi növlər əsasında təşkil olunur.
Giriş təlimat:
İşə yeni qəbul edilən və ya müəssisəyə ezam
edilən fəhlə və qulluqçular məcburi
qaydada təhlükəsizlik
texnikası üzrə giriş təlimatı almalıdır. Giriş təlimatını
təhlükəsizlik texnikası üzrə mühəndis aparmalıdır. Giriş
təlimatı həm eyni peşədən olan fəhlə qrupları üçün həm də
müxtəlif ixtisaslı fəhlələr üçün aparıla bilər.
Bu zaman
qruplarda olan fəhlələrin sayı 30 nəfərdən çox olmamalıdır.
Giriş təlimatı təhlükəsizlik texnikası üzrə kabinetdə
aparılmalıdır.