İş təhlükəsizliyi
115
İlkin təlimat:
Zavodda işə
yeni daxil olan və ya bir
istehsalat sahəsindən digər istehsalat sahəsinə işə keçən fəhlə iş
yerində işə başlamazdan qabaq işin təhlükəsiz görülməsi üzrə
ilkin təlimat almalıdır. İş yerində təlimat keçməkdən məqsəd
işləyən fəhləyə təhlükəsizlik texnikası
nöqteyi-nəzərindən
konkret işin xüsusiyyətlərini müfəssəl surətdə öyrətməkdən
ibarətdir. Təlimatı usta keçərkən təlimatın bütün maddələrini
dərindən izah etməli işin görülməsi qaydalarını
əyani şəkildə
başa salmalıdır.
Fəhlənin iş yerində ilkin təlimatlandırılması proqramına
aşağıdakıları ətraflı tanış etmək daxildir:
-
Fəhlənin işləyəcəyi və xidmət edəcəyi avadanlığın
quruluşu ilə avadanlıqda olan bütün təhlükəli yerlər ilə
qoruyucu hasarlarla fərdi mühafizə üçün olan bütün
tərtibat
və vasitələrlə, onların təyinatı və onlardan
düzgün istifadə etmək qaydası;
-
iş yerinin düzgün və təhlükəsiz təşkil edilməsi;
-
təhlükəsizlik texnikası üzrə təlimatların məzmunu;
-
təlimatlarda irəli sürülən
bütün tələblərə sözsüz əməl
olumnasının vacibliyiə;
-
işin təhlükəsiz görülməsi qaydaları
Qaydalara
əməl
etmək
fəhləni
travmadan,
peşə
xəstəliklərindən və zəhərlənmədən xilas edir.
İşə yeni qəbul olunan fəhlə yüksək təhlükəli, zərərli və
istehsal prosesinə görə mürəkkəb sahədə işə başlamış olarsa, o
ən azı 10 iş növbəsi ərzində təcrübəli
fəhlənin rəhbərliyi
altında işləməli və bu müddət ərzində işin təhlükəsiz
görülməsi qaydalarına yiyələnməlidir. İş növbəsi qurtardıqdan
sonra həmin fəhlənin işi təhlükəsiz görməsi vərdişləri barədə
fərdi biliyi yoxlanmalı və
o sex rəisinin və ya onun
müavininin sədrliyi ilə və təhlükəsizlik texnikası üzrə
mühəndisin iştirak etdiyi komissiyada təhlükəsizlik texnikası