2
Q. Y. MƏMMƏDOV M. M. İSMAYILOV
B İ T K İ Ç İ L İ K
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 iyul 2011-ci il tarixli 1269 saylı
əmrinə əsasən ali məktəblər üçün dərslik kimi təsdiq
edilib qrif verilmişdir
B A K I - 2012
3
UOT. 512 633.31/.37
Elmi redaktoru:
ADAU–nun «Bitkiçilik və bitki mühafizəsi» kafedrasının
professoru,
k.t.e.d.,
İbrahim Həsən oğlu Cəfərov
Rəyçilər:
ADAU-nun «Meyvə - tərəvəzçilik və üzümçülük» kafedrasının professoru,
k.t.e.d.,
Zaur Müzadil oğlu Həsənov,
«Ümumi əkinçilik, genetika və seleksiya» kafedrasının
müdiri professor k.t.e.n.,
Cəmil Əli oğlu Hacıyev
, AETPİ-nin direktoru k.t.e.d.,
Həsənəli
Əsəd oğlu
Aslanov
və AETİİ-nin direktoru k.t.e.d., professor
Allahverdi Kamil oğlu
Seyidov
Q. Y. Məmmədov M. M. İsmayılov –
Bitkiçilik (dərslik) Bakı, “Şərq-Qərb”
nəşriyyatı,
2012. – 356 səh.
Dərslikdə ərzaq, yem və texniki məqsədlər üçün becərilən, dənli taxıl, dənli-paxlalı,
kökümeyvəlilər, köküyumrular, yağlı bitkilər, birillik və çoxillik paxlalı və taxıl yem otları,
eləcə də texniki bitkilərin əhəmiyyətindən, tarixi və yayılmasından, botaniki və bioloji
xüsusiyyətlərindən, becərilmə texnologiyasından ətraflı məlumat verilmişdir.
Dərslik müəllimlər, aspirantlar, magistrlər, tələbələr, eyni zamanda aqrar sahədə
çalışan digər mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
İSBN 978-9952-34-839-2
4
G İ R İ Ş
Bitkiçilik kənd təsərrüfatının əsas istehsal sahələrindən biridir. Kənd təsərrüfatı iki əsas
sahəyə bitkiçilik və heyvandarlıq sahələrinə ayrılır. Respublikamızda kənd təsərrüfatı məhsullarının
60%-dən çoxu bitkiçilik sahələrində istehsal edilir.
Bitkiçiliyin əsas
obyekti
yaşıl bitkilərdir. Yaşıl bitkilər insanlar tərəfindən qədim dövrlərdən
bu günə qədər becərilərək cəmiyyətin bitkiçilik məhsullarına olan tələbatını ödəyirlər. Yaşıl bitkilər
yarpaqlarında qeyri-üzvi maddələrdən üzvi maddə yaratmaqla insanların ərzağa, sənayenin
xammala, heyvanların yemə olan tələbatını ödəyirlər. Ona görə də bitkiçilik məhsullarının
artırılmasına ehtiyac çoxdur. Bunu nəzərə alaraq hökumətimiz və xalqımız bitkiçilik məhsullarının
artırılmasına xüsusi fikir verir.
Bitkinin səmərəsini yüksəltmək üçün bitkiçilik elminin nailiyyətlərindən
istifadə edilməklə
becərilən tarla bitkilərinin inkişafına daha əlverişli şərait yaradılır. Buna nail olmaq üçün sələflərin
düzgün seçilməsinə, bitkilərin növbələndirilməsinə, torpağın daha əlverişli üsullarla becərilməsinə,
səpinin daha mütərəqqi üsullarından istifadə edilməsinə, əkinlərin suvarılması, gübrələnməsi,
alaqlar, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılmasına, yığımın
daha mütərəqqi üsullarla
həyata keçirilməsinə nail olunmalıdır.
Bitkiçilik qədim tarixə malik olan elmdir. İnsanlar bitki becərmək vərdişinə yiyələnməklə
yanaşı, onların daha məhsuldar sortlarını yaratmış, becərmə texnologiyasını təkmilləşdirmiş,
bitkilərin məhsuldarlığını artırmış və eyni zamanda onların keyfiyyətini də yüksəltmişlər.
Bitkiçiliyin əsas