114
Belə ki, yüksək məhsul götürülmüş sahədə dənlər iri, sağlam rüşeymli, tərkibində qida maddələri
yüksək və cücərmə qabiliyyəti yaxşı olur. Məhz buna görə də toxumluq sahələrdə aqrotexnika
yüksək səviyyədə tətbiq edilir ki, yüksək və keyfiyyətli toxum əldə edilsin.
Çalışmaq lazımdır ki, səpin üçün təmizlənmiş toxumlar iri və ölçülərinə görə bir bərabərdə
olsun. Səpiləcək dən başqa qarışıqlardan təmiz, yüksək tarla cücərmə qabiliyyətinə malik, natura
kütləsi yüksək olmaqla bir bərabərdə olmalıdır. Səpiləcək toxum xəstəlik və ziyanvericilər
tərəfindən zədələnməmiş olmalıdır.
Xüsusi toxumtəmizləyən maşınlardan əlavə, toxum materialını dənlərinin xüsusi kütləsinə
görə də (ammonium şorasının və başqa duzların doymuş məhlulları vasitəsilə) ayırmaq olur. Bu
üsulla seçilmiş iri, ağır, sağlam rüşeymli və endospermli dənlər səpin üçün daha yararlı sayılır.
Bunun üçün doymuş ammonium şorası məhlulu hazırlanır. Məhlulda olan ammonium şorası tam
həll olana qədər qarışdırılır və dən məhlula dibi torlu qabda salınır. Bu zaman zəif, xırda dənlər və
s. qarışıqlar həmin qabda məhlulun təsiri ilə üstə çıxacaq, xüsusi çəkisi 1,34-dən aşağı olmayan
ağır dənlər isə qabın dibində qalacaqdır. Belə dənlər qurudulub səpin üçün istifadə edilir. Dənlərin
üzərində qalan ammonium şorası zərrəcikləri toxumun cücərməsində gübrə mənbəyi kimi istifadə
edilir. Toxumların belə təmizlənməsi xırda dənlərlə bərabər, toxumdan sürməni, yulafı və s. alaq
otları toxumlarını da ayırır.
Səpin üçün götürülmüş toxumlar səpindən əvvəl dərmanlanmalıdır. Dərmanlamada məqsəd
səpinə qədər toxumda qalan ziyanverici və xəstəlik törədicilərinin məhv edilməsindən ibarətdir.
Dərman toxumun səthinə bərabər paylanmalıdır. Dərmanlamaq üçün aşağıdakı preparatlardan biri
işlədilə bilər:
Baytan
– bəpk və toz sürməni, qar kifi, kök çürüməsi, toxumun kiflənməsi və başqa
xəstəlikləri bütün payız dövründə tamamilə məhv edir. Bir ton toxuma 2 kq preparat işlədilir.
Fundazol
– qar kifini çıxmaq şərti ilə qalan bütün xəstəlikləri payız dövründə məhv edir. Bir
ton toxuma 2-3 kq preparat işlədilməlidir.
Vitovaks
– təsiri fundazolda olduğu kimidir. Bir ton toxuma 2,5-3,0 kq preparat işlədilməlidir.
Panoram
– təsiri vitovaksda olduğu kimidir. Bir ton toxuma 2-3 kq preparat işlədilməlidir.
Vitatiuram
– helmintosporiozu, toz və bərk sürməni, toxumun kiflənməsini tamamilə,
fuzarioz xəstəliyini qismən müalicə edir. Bir ton toxuma 3 kq preparat işlədilir.
Qranozan
– helmintasporiozu, fuzariozu, bərk sürməni və toxumun kiflənməsi xəstəliklərini
tam müalicə edir. Bir ton toxuma 1-2 kq preparat işlədilir.
Raksil -
kök
çürüməsinə qprşı 1 ton toxuma 2 kq işlədilir.
Bayer firmasının verdiyi məlumata görə 19,5%-li
Dostları ilə paylaş: