120
bitkisinin yığımından sonra şuma qədər yaxud ondan sonra aparılsın. Torpağın başlanğıc (əsas)
nəmliyindən asılı olaraq arat üçün suvarma norması hektara 800-1500 m
3
sərf oluna bilər. Bol
suvarma torpağın səpinqabağı becərilməsinə və payızlıq buğdanın qışlamasına mənfi təsir edə bilər,
belə ki bitkinin inkişafı gecikər. Ən yaxşı nəticələr səpin zamanı kəsilmiş şırımlarda aratla
vegetasiya suvarmalarını uyğunlaşdırmaqla alınır. Suvarma şırımlarının ara məsafəsi torpağın
sukeçirməsinə (sızdırma) görə müəyyən edilir. Ara məsafələr yüngül torpaqlarda 50-60 sm, orta -
60-80 sm və ağır torpaqlarda 80-90 sm götürülür.
Yağış yağdırma üsulu ilə suvarma daha çox yayılmışdır. Bu halda suvarma şırımlarının
açılması
tələb olunmur, su qənaətlə işlənir, torpaq duzlaşmır, suyun yamaclardan yuyulması
müstəsnadır (istisna). Suvarma üçün yüksək məhsuldar yağış yağdıran qurğular və maşınlardan
(DDA-100, «Freqat» «Dnepr» və s.) istifadə olunur.
Səpin müddətini və normasını müəyyən edən zaman torpağın məhsuldar nəmlik ehtiyatını
nəzərə almaq lazımdır. Birinci vegetasiya suvarması boruya çıxma fazasında aparılır,
ikinci və
üçüncü suvarmalar isə ilin şəraitindən asılı olaraq həyata keçirilir. Havalar quraq keçdikdə payızlıq
buğda sünbülləmə və dənə dolma dövrünün başlanğıcında suvarılır.
Suvarma şəraitində payızlıq buğdanın ən yaxşı sələfləri silos üçün əkilmiş qarğıdalı, dənli-
paxlalılar, yonca və erkən yığılan digər bitkilərdir.
Planlaşdırılmış məhsula görə gübrə norması, torpağın münbitliyi
və qida elementlərinin
torpaqdan və gübrədən istifadə əmsalı nəzərə alınmaqla hesablanır.
Suvarma şəraitində torpağın becərilməsi bir qayda olaraq eynidir. Səpin norması 20-30%
artırılır. Əkinlərdə alaqlara, zərərvericilərə, xəstəliklərə və yatmaya qarşı
mübarizə kimi qulluq
işləri aparılır. Yazda yemləmə gübrəsi və malalama həyata keçirilir. Alaqlarla zibillənmiş əkinlərə
herbisidlər çilənir.
Dostları ilə paylaş: