129
qranulometrik tərkibi ağır olan torpaqlarda isə BZTS-1 markalı ağır
malalarla iki iz cərgələrə
köndələn aparılır. Yazda alaqlara qarşı hər hektara 0,6-1,0 kq 2,4-D amin duzu ( herbisid) çilənir.
Məhsulun yığılması.
Çovdarın dənləri eyni müddətdə yetişir. Tarlada çox qaldıqda tökülür.
Qısa müddətdə birbaşa yığmaq lazımdır. Birbaşa yığım dəndə nəmlik 20%-ə qədər olduqda SK-5
«Niva, «Don-1500», «Enisey-1200H» kombaynları ilə həyata keçirilir.
Dənin tərkibində nəmlik 30-35% olduqda JVN-6H, JNS-6-12 markalı taxıl biçən maşınla
biçilərək tirələrə sərilir, 3-5 gündən sonra dən və gövdə quruyan zaman döyülür. Hissə-hissə yığım
birbaşa yığıma nisbətən 5-10 gün tez başlanır. Hissə-hissə yığım mum yetişkənlik fazasında həyata
keçirilir.
Yığımın müddəti və üsulunu seçərkən çovdarın bioloji xüsusiyyətini nəzərə almaq zəruridir,
bir bərabərdə yetişir və vaxtında biçilmədikdə güclü surətdə tökülür. Eyni zamanda nəmli və isti
havada kökdə cücərmə gedə bilər. Ona görə də onu qısa müddətdə yığmaq zəruridir.
Təmizlənməsi, qurudulması və çeşidlənməsi əmtəəlik kondisiyasına çatdırmaq
üçün dərhal
həyata keçirilir. Biçinin arxasınca tarladan küləş yığılaraq çıxarılır, bu növbəti ilin məhsulu üçün
torpağın becərilməsinə görə zəruridir.
Dostları ilə paylaş: