Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə128/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   124   125   126   127   128   129   130   131   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Gübrələmə sistemi. 
Bitki qida elementlərinə çox tələbat göstərdiyi üçün onun əkin 
sahələrinin düzgün gübrələnməsi böyük əhəmiyyət kəsb edir. 
Gübrələmə sistemi – əsas şum altına, səpinqabağı və vegetasiya müddətində verilən 
gübrələrdən ibarətdir. 
Gübrələmə sistemini tətbiq etdikdə sələf bitkisini və torpaqların qida maddələri ilə təmin 
olunma dərəcəsini nəzərə almaq lazımdır. 
Yazlıq buğda digər yazlıq taxıllara nisbətən torpaq münbitliyinə daha çox tələbkardır. Bir ton 
dən və ona müvafiq küləş məhsulu formalaşdırmaq üçün yazlıq buğda torpaqdan 35-45 kq azot, 9-
12 kq fosfor və 18-24 kq kalium elementi aparır.
Azotun istifadəsi bütün vegetasiya müddətində davam edir. İlk dövrlərdə əhəmiyyətsiz 
dərəcədədir, boruya çıxma və sünbülləmə dövründə kəskin yüksəlir, lakin sonra aşağı enərək süd 
yetişkənlik fazasına qədər davam edir. İlk dövrlərdə azotla kifayət qədər təmin edildikdə düyün 
köklərinin və sünbüldə sünbülcüklərin əmələ gəlməsinə köməklik göstərir. 
Yazlıq buğdanın məhsuldarlığına üzvi gübrələr, xüsusən humusun miqdarı aşağı olan 
torpaqlarda yaxşı təsir göstərir. Şum altına hektara 10-15 ton yarımçürümüş peyin, 2 sentner 
superfosfatın, səpinqabağı axırıncı kultivasiya altına və ya səpinlə birlikdə 1-2 sentner ammonium 
şorasının 1-2 sentner superfosfatın verilməsi bitkinin məhsuldarlığına müsbət təsir göstərir. 


136 
Yazlıq buğda əkinlərinə yemləmə gübrəsinin verilmə müddəti və norması yarpaq və toxuma 
diaqnostikasına əsasən müəyyənləşdirilir. 
Yazlıq buğdanın sünbülləmə-çiçəkləmə dövründə azot gübrəsi ilə (sidik cövhəri) kökdən 
kənar yemləndirilməsi dənin keyfiyyətini yaxşılaşdırır, zülalın miqdarını 1,0-1,5% və kleykovinanı 
isə 3,0-3,5% yüksəldir. Bitkinin normal boy atması və inkişafı üçün mikrogübrələrin - bor, sink, 
molibden, mis, marqans və bakterial gübrələrin verilməsi zəruridir. Belə ki, onlar yazlıq buğdanın 
məhsuldarlığını xeyli yüksəldir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin