Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Bitkinin boyu, inkişafı, məhsuldarlığı və onun keyfiyyətini təyin edən amillərin təsnifatı



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə13/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   9   10   11   12   13   14   15   16   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkinin boyu, inkişafı, məhsuldarlığı və onun keyfiyyətini təyin edən amillərin təsnifatı 
Tənzimlənməyən
Qismən tənzimlənən 
Tənzimlənən
Şaxtasız dövrlərin davamı 
Yaz şaxtalarının qayıtması 
Aylar üzrə işıq saçmanın gərginliyi 
Fəal temperatur cəmi 
Küləyin sürəti 
Havanın nisbi rütubəti 
Çöküntülərin cəmi 
Çöküntülərin aylar üzrə paylanması 
Çöküntülərin intensivliyi 
Dolu
Havanın qış temperaturu 
Torpaq qarla örtülü olan zaman qar 
örtüyünün qalınlığı və dövrün 
davamı
Relyef 
Torpağın qranulometrik tərkibi 
Qarın tarlada paylanması
Torpağın nəmliyi 
Fitosenozda havanın nəmliyi 
Su və hava eroziyası 
Torpağın humusluluğu 
Torpaq məhlulunun reaksiyası 
Uducu torpaq kompleksinin udma 
tutumu 
Torpağın mikrobioloji fəallığı 
Qida elementləri ilə təmin olunma 
səviyyəsi 
Bitki
Sort 
Əkinlərin alaqlanması 
Bitkinin xəstəliklərlə zədələnməsi 
Zərərvericilərlə zədələnmə 
Qida elementləri ilə təmin olunma:
azotla 
fosforla 
kaliumla
mikroelementlərlə 
torpağın pH-ı (əhəngləmə, 
gipsləmə) 
torpağın aerasiyası (əsas və 
səpinqabağı becərmə, qulluq)
Mühüm tənzimlənməyən amillər – qışda havanın temperaturu, torpağın qarla örtülü olması və 
qar örtüyünün qalınlığı, dövrün davam etmə müddəti. Bəzən qışın hədsiz mənfi temperaturunda 
payızlıq bitkiləri becərmək mümkün olmur. 
Dərə-təpəli relyefi olan torpaqlar becəriləcək bitkinin və sortun seçilməsini çətinləşdirir. 
Cənub yamaclarda günəş radiasiyası çox olduğundan, burada istilik sevən bitkilərin, lakin şimal 
yamaclarda isə soyuğa davamlıların becərilməsi daha üstündür. Nəticə etibarı ilə dərə-təpəli 
yerlərdə günəş saçması gərginliyinə müxtəlif tələbatları olan bitki dəsti (nabor) və sortların olması 
faydalıdır. 
İkinci qrup amilləri tez-tez tənzimlənən kimi qiymətləndirmək olar. Bu o amillərdir ki, prinsip 
etibarı ilə tənzimləmək olar, lakin onların tənzimlənməsi böyük enerji tutumu yaxud üsulun 
səmərəsinin aşağı olmasına görə kiçik sahələrdə həyata keçirilir. Məsələn, torpağın nəmliyini 
suvarma və qurutmanın köməyi ilə tənzimləmək olar, ancaq bu üsul bahalı və enerji tutumludur.
Bitkilər, təbii nəmliklə təmin olunmuş kənd təsərrüfatına yararlı böyük sahələrdə becərilir, 
məhsuldarlıq isə çöküntülərin miqdarından və onların vegetasiya dövründə paylanmasından asılıdır. 
Qismən tənzimlənən amil müəyyən dərəcədə tənzimlənməyən hala keçir.
Fitosenozda havanın nəmliyini xırda damcılı suvarma ilə tənzimləmək mümkündür, lakin bu 
bahalı üsul çay və sitrus bitkiləri plantasiyalarında kiçik sahələrdə tətbiq olunur.
Su və külək eroziyası birlikdə torpaqdan çoxlu qida elementləri aparır, bəzən torpağın əkin 
qatı yox olur. Eroziya ilə mübarizə bu və ya başqa dərəcədə hər yerdə aparılır, lakin eroziya prosesi 
dayanmır və sistematik olaraq torpağın və qida maddələrinin itirilməsi davam edir.
Torpağın mühüm keyfiyyət göstəricisi humusdur. Kiçik sahələrdə yüksək normalarda üzvi 
gübrələrin verilməsinin köməyi ilə torpaqda humusun miqdarını 1,0-1,5-dən, 3-4%-ə qədər 
yüksəltmək mümkündür. Lakin bütün əkin sahəsində bu mümkün deyil, yaxşı halda üzvi gübrənin 
verilməsi və sideratlardan istifadə zamanı torpağın humus rejimini stabilləşdirmək mümkündür. 
Buda ki, humusla sıx əlaqəli olan göstərici, UTK (uducu torpaq kompleksi) udma tutumuna və 
torpağın mikrobioloji aktivliyinə aiddir.
Torpaq məhlulunun reaksiyasının dəyişməsinə əhəmiyyətli dərəcədə diqqət yetirilir. Torpaq 
məhlulunun reaksiyasını 4,5-dən 5,5-ə qədər dəyişmək üçün bir hektar sahəyə 10 ton CaCO
3
vermək lazımdır, lakin paxlalı bitkiləri müvəffəqiyyətlə becərmək üçün torpağın pH-ı 6-dan aşağı 
olmamalıdır. Nəmliyi və əhəng materialının qarışığını nəzərə almaqla bir hektara 20 ton dolomit 
ununun verilməsi zəruridir. Faktiki olaraq əhəng materialları norması hektara 2-4 ton təşkil edir. 


15 
Belə norma zamanı torpağın pH
duz
0,2-0,4 vahid dəyişdirmək mümkündür, ancaq azotlu və 
tərkibində xlor olan kalium gübrələrinin tətbiqindən pH başlanğıc vəziyyətinə qədər bərpa olunur. 
Torpaq məhlulunu optimallaşdırmaq üçün enerji və maliyyə xərcləri zəruridir (1 ton CaCO
3
enerji 
tutumu orta hesabla 8,5 QDj, lakin 1 ton buğda dənininki isə 18 QDj yaxındır).
Üçüncü qrup amillər onlardır ki, insanlar onları böyük sahələrdə tənzimləyə bilərlər. 
Aqronomun başlıca məqsədi, tənzimlənən amillərin köməyi ilə bitkinin boy və inkişafını, 
məhsuldarlığı və onun keyfiyyətini tənzimlənməyən və qismən tənzimlənən amillərin neqativ 
təsirindən minimuma endirməkdən ibarətdir. Fəal temperatur cəmi aşağı, vegetasiya dövrü qısa olan 
şəraitdə becərmək məqsədi ilə bitki və sort bioloji tələbatlarına uyğun seçilir. İstilik sevən bitkiləri 
yaz şaxtalarının zədələməsindən qorumaq üçün bu bitkiləri nisbətən gec müddətlərdə səpirlər. 
Torpaqda qida elementlərinin miqdarının çatışmaması üzvi və mineral makro və mikrogübrələrin 
köməyi ilə tamamlanır. Əkinlərin alaqlanmasını azaltmaq, bitkilərə xəstəliklərin yoluxmasını və 
ziyanvericilərlə zədələnməsinin qarşısını almaq, zərərli orqanizmlərlə mübarizə üçün aqrotexniki, 
kimyəvi və bioloji mübarizə üsullarından istifadə edilməlidir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin