Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə132/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   128   129   130   131   132   133   134   135   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri.
Arpa 
hordeum 
cinsinin 1 mədəni 
(Hordeum sativum Jessen
və çoxlu 
yabanı növləri var. Sünbül oxunun pilləsində əmələ gələn sünbülcüklərin inkişaf etmə dərəcəsinə 
görə səpin arpası üç yarımnövə bölünür. 
 


138 
1. 
Hordeum vulqare L. - 
yarımnövü adi yaxud çoxcərgəli arpadır.
 
Bu yarımnövün sünbül 
oxunun pillələrində olan sünbülcüklərin hamısı inkişaf edərək dən əmələ gətirdiyi üçün çoxcərgəli 
adlanır. Sünbülün sıxlığına görə çoxcərgəli arpalar iki qrupa bölünür: 
a) 
düzgün çoxcərgəli
– 
hexastichum L.
- yaxud altıüzlü arpa; 
b) 
düzgün olmayan çoxcərgəli
-
tetrastchum L.
- yaxud dördüzlü arpalar; 
Düzgün çoxcərgəli arpaların sünbülü sıx olduğu üçün cərgələri bir-birinə qarışmayaraq hərəsi 
bir şaquli xətt təşkil edir, ona görə düzgün çoxcərgəli, hər cərgəsi bir üz hesab edilməklə altıüzlü 
adlanır. Sünbülün en kəsiyi altıguşəli ulduz kimi görünür. 
Düzgün olmayan çoxcərgəli arpalarda sünbül seyrək olduğuna görə orta sünbülcüklər sağa-
sola əyilməyərək düz xətt təşkil edirlərsə də, yan sünbülcüklər həm bir-birinə və həm də sünbül 
oxuna sıxılaraq əyri cərgə əmələ gətirir. Buna görə də düzgün olmayan adlanır. Orta cərgələrin 
Şəkil 7. Arpa: 
1,2 -cücərti fazası və dənədolma dövrü; 3,4 – ikicərgəli arpanın 
sünbülü və onun eninə kəsiyi; 5 –sünbül oxunun pilləsində olan sünbülcük; 6 – 
pərdəlü və çılpaq dən; 7,8,9,10 – həmçinin çoxcərgəli arpada; 11 – şəklidəyişmiş 
(pərli) qılçıqlı sünbül; 12 – sığallı və dişli qılçıq hissəsi. 


139 
hərəsi bir ensiz üz, yan tərəfdəkilərin ikisi birlikdə bir enli üz (iki enli, iki ensiz) hesab edilməklə 
dördüzlü adlanırlar.
2. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin