Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Bioloji xüsusiyyətləri və inkişaf fazaları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə156/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   152   153   154   155   156   157   158   159   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri və inkişaf fazaları. 
Çəltik istiliyə tələbkar bitkidir
.
Süd yetişkənlik 
fazasında temperaturun 10 
0
C-yə qədər enməsi yetişməni dayandırır. Vegetasiya müddəti sortun 
biologiyasından asılı olaraq 90-145 gün arasında dəyişir. 
Toxumların cücərti verməsi üçün torpağın üst qatında 12-13 
0
C temperatur olmalıdır. Bu 
halda ilk cücərtilər səpindən 18-20 gün sonra əmələ gəlməyə başlayır. 16-20 
0
C temperaturda
cücərtilər 10-12 günə əmələ gəlir. Toxumun cücərməsi üçün optimal temperatur 22-25 
0
C-dir, bu 
zaman çıxışlar 6-7 günə alınır. Kollanma üçün minimum temperatur 15-18 
0
C, çiçəkləmə üçün 18-
20 
0
C, dənin yetişməsinin başlanğıcı 19-25 
0
C təşkil edir. Bitkinin inkişafı üçün optimal temperatur 
25-30
0
C, maksimal temperatur isə 40 
0
C-dir. Bitkilər –1 
0
C şaxtada məhv olur. Vegetasiya ərzində 
sortlar 2200-3200 
0
C aktiv temperatur tələb edirlər. Respublikamızın aran rayonlarında o cümlədən 
Muğan, Mil, Şirvan bölgələrində çəltiyin vegetasiya dövrü sərf etdiyi aktiv temperatur kifayət 
qədərdir.
Çəltik suya çox tələbkar bitkidir. O kollanma və süpürgələmə fazalarında suya daha çox 
tələbkardırlar. Ona görə də çəltik suvarma şəraitində tarlada müəyyən edilmiş su təbəqəsi 
saxlanılmaqla becərilir. Amma cücərmə zamanı suya basdırmaq lazım deyil, çünki, kök əmələ 
gəldikdə, və mum yetişkənlik dövrünün başlanğıcından tam yetişkənlik dövrünə qədər kökün 
fəaliyyəti zəifləyir. Su örtüyü altında becərilməsinə baxmayaraq toxumalarda suyun miqdarı 
buğdadan iki dəfə azdır. 10-15 sm-lik su örtüyü altında uzun müddət inkişaf edə bilir, çəltiyin 
transpirasiya əmsalı 600-800-dür. Havanın nisbi nəmliyinin 70-80% olması bitki üçün əlverişli 
şərait yaradır. 
Çəltik öz təbiətinə görə (hidrofil) rütubət sevəndir. Onun toxumalarında, su təbəqəsi ilə 
doldurulmuş (örtülmüş) bitkinin
aşağı hissəsinə daxil olmaq üçün çoxlu hüceyrə araları və hava 
boşluqları vardır. Çəltiyin kök sistemi yaxşı inkişaf edir və su ilə təmin olunmasından asılı olaraq 
öz quruluşuna görə əhəmiyyətli dərəcədə fərqlənir.
Çəltik becərilən zaman zəif tarla cücərməsi problemi yaranır. Çəltik toxumu digər rütubət 
sevən bitkilərin toxumlarından bir qədər fərqlənir. Bu və ya digər şəraitdə onlar müxtəlif dərəcədə 
cücərirlər, buna səbəb oksigen faktorudur. Oksigen çatışmazlığının ilk əlaməti toxumların yalnız 
tumurcuqlanma yolu ilə cücərməsidir. 
Əkinlərdə məhsuldar gövdələr kollanma zoğlarının hesabına formalaşır. Hər zaman tam bitki 
sıxlığını bərpa etmək baş tutmur. Çəltik bitkisinin cücərtilərini almaq üçün üç üsul vardır. 
1. Təbii nəmlik hesabına toxum 5-6 sm dərinliyə basdırılır və çıxışlar alındıqdan sonra su qatı 
yaradılır. Belə üsulda tarla cücərməsi 70%-ə çata bilər, lakin əkinləri daima suya basdırmaya 
keçdikdə çəltiyin kök sistemi yenidən aerob şəraitdən anaerob şəraitə keçir, bu vaxt bitkilərin 
əhəmiyyətli dərəcədə məhv olması qeydə alınır. 
2. Torpağı islatmaq yolu ilə toxumların 1 sm dərinliyə qədər basdırılması. Bu üsulla çıxışların 
alınması üçün tumurcuqlar daima nəmlənmiş vəziyyətdə olmalıdır ki, koleoptelin suyun səthinə 
çıxmasına köməklik etsin, lakin bu cür su rejimində tarla cücərməsi az-az hallarda 40%-i keçir. 
3. Su örtüyü altında toxumu torpağa basdırmadan səpələmə əkin üsulu. Bu halda tarla 
cücərməsi 20%-dən aşağı olur, belə ki, toxum üçün 3-5 sm su təbəqəsi yaradılan şəraitdə, suya 
basdırma zamanı torpaqda olan oksigen tamamilə aerob mikroorqanizmlər tərəfindən istifadə 
olunur, toxumun tumurcuqlarından əmələ gəlmiş cücərtilər oksigknsiz mühitə düşərək məhv olurlar. 
Bundan əlavə müxtəlif sələflər özlərindən sonra torpaqda cürbəcür kök və kövşən qalıqlarının 
kütləsini saxlayırlar ki, bunlar da anaerob şəraitdə minerallaşma zamanı cücərtilərə məhvedici təsir 
göstərən hidrogen sulfid və metan əmələ gətirirlər. 
Çəltikdə də birinci qrup dənli taxıl bitkilərində olduğu kimi fenoloji fazalar qeydə alınır.


158 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin